"Səməd Səmədovu itirəndən sonra..." - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Səməd Səmədovun dünyasını dəyişməsinə hələ də inanmıram. Mən onun məzarını dəfələrlə gedib ziyarət edirəm. Səmədin ad günündə, bayramlarda onu ziyarət edirəm. Bunu onun ailəsi də bilir. Mən haqqı-sayı itirən insan deyiləm. Baxmayaraq ki, biz son illərdə sənət baxımından ayrıldıq, amma dostluğumuz davam edirdi".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Sevda Əliqızı qonaq olduğu "7 tamam" verilişində deyib.
Duet ortağı mərhum Xalq artisti Səməd Səmədovdan söz açan sənətçi zamanında ona dəyər vermədiyi üçün peşimançılıq çəkdiyini söyləyib:
"Biz 15 il birlikdə çalışdıq. Səmədlə bərabər işlədim. Xoş günlərimiz də olub, aramızda narazıçılıqlar da olub, küsüb-barışmışıq. Mən çox heyifsilənirəm ötən günlərə görə... Mən zamanında ona çox önəm verməmişəm. Vaxtında o dəyəri çox qiymətləndirmədim.
Səmədi itirəndən sonra çox peşman oldum. Kaş o şeylərə ona zamanında deyərdim ki, Səməd çox sağol hər şeyə görə,... Amma ona bunları deyə bilmədim. Hər dəfə onun məzarını gedib ziyarət edəndə deyirəm. O sağolu Səmədin sağlığında mənə göstərdiyi insanlığına, səmimiyyətinə, sadəliyinə görə deyirəm.
Səməd özünü yanındakı müğənnidən artıq tutmurdu. Heç vaxt... Onun mənə qarşı çox gözəl münasibəti olub. Küsürdük, sözümüz çəp gəlirdi, deyirdim ki, bitdi Səməd, mən getdim və səninlə daha işləməyəcəyəm. Bir də görürdüm ki, arxamca gəlib deyirdi ki, "Sevda, bu gözdür, nəzərdir, fikir verm"ə. Sonradan insanı geri qaytarırdı".
Qeyd edək ki, 74 yaşlı S.Səmədov koronavirusa yoluxduğu üçün 2021-ci ildə iyulun 24-də müalicə aldığı xəstəxanada vəfat edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dibçəyə 1 stəkan əlavə edin - solğun gülləri canlandırır
-
Ağcaqanadlara qarşı lazer silahı: Bir gecədə evdəki bütün həşəratları yox etdi
-
Dueyn Conson tanınmaz halda - (Foto)
-
İşdən çıxarılanlara sığorta ödənişi - (Video)
-
Telefonları folqaya bükməyə başladılar
-
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
-
“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər
-
Roma Papasının səhhəti ilə bağlı yekun diaqnoz açıqlandı
-
Müharibənin həlli heç vaxt olmadığı qədər yaxındır - Tramp
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
Ərdoğanın geyimində diqqətçəkən məqam - (Foto)
-
Bakıda yarım milyonluq maşın satışa çıxarıldı - (Foto)
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
-
Pirşağıda evi ilanlar basıb - (Video)
-
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub - (Foto)
-
Çempionlar Liqası: “Qalatasaray” Fransadan qalib qayıdır
-
Halit Ergenç və Məryəm Üzərli Misirdə - (Foto)
-
Sabah Yasamal və Binəqədidə işıq olmayacaq
-
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub - (Foto)
-
Bu gündən varlanmağa başlayacaq bürclər
-
Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - (Video)
-
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
-
"28 Mall"un qarşısında ölüm - təfərrüat





