"5 ildir qızından imtina edib"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Evdə 4 uşağın yemək-içməyini təmin etməlidir. Evdə heç nə olmadığı üçün bir gün onu qovdum. Yataqda, xəstəyəm, evdə yeməyə heç nə yox idi. Rəhman isə evə gəlmirdi. Amma mənə xəbər çatmışdı ki, Rəhman başqa qadının yanına gedir. Ortada uşaqlar var idi, mənə açıq desəydi, onu rahat buraxardım. O gedən getdi, bir də evə qayıtmadı".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanovun birinci həyat yoldaşı Ulduz Əhmədova "Həftənin qonağı" proqramında deyib. O, ilk dəfə aktyorla münasibtlərindən söz açıb. U.Əhmədova bildirib ki, ayrılıqlarına səbəb R.Rəhmanovun xəyanəti olub:
"Getdim onu tapdım, harada və kimin yanındadır. Emil balaca idi, yanımdadır. Heç bir qadını qınamıram. Tək qınadığım odur ki, evdə 4 uşaq var idi".
U.Əhmədova keçmiş həyat yoldaşının ikinci xanımı ilə münasibətlərinin yaxşı olmasından söz açıb:
"Düşündüm ki, 4 övladım var, onlar evlənməli, əsgərliyə getməlidir, qızımın gələcəyi var. Ona görə də uşaqların atasız böyüməsini istəmirdim. Onun həmin xanımı ilə yaxşı münasibət saxladım. Çünki Rəhmanın üstündə o qadının hökmü var idi".
Ulduz evini satmasının səbəbini açıqlayıb:
"Rəhman və yoldaşı qalan evə oğlum getdi. Orada yıxılıb, çınqıl daş uşağın belinə girdi. Şah damarı da kəsildi, ondan öldü. Evi də oğlumun müalicəsi üçün satdım. 31 ildir kirayədə yaşayıram".
O bildirib ki, hazırda aktyorla danışmamalarının səbəbi qızıdır:
"Beş ildir bizim münasibətimiz yoxdur. İndiyənə kimi ata bala ilə danışmır. Rəhman qızı ilə danışmır. Ailəlidir, 3 övladı var. Rəhmanın xanımı ilə sözü düşdüyünə görə ata balasından imtina edib. Övladım atasını istəyir. Heç nəvəsini görməyib. Böyük oğlum ruhi xəstədir. Onun müalicəsi, dərmanları üçün danışırıq. Ancaq Rəhmana onun üçün zəng edib, deyə bilərəm. Başqa heç nə. Rəhman üçün ilk hazırki həyat yoldaşıdır. Mən işləmişəm, övladlarımı saxlamışam".
Qeyd edək ki, Rəhman və Ulduzun bu nikahdan 4 övladı var. Bir müddət əvvəl dünyasını dəyişən müğənni Emil Rəhmanoğlu da onların oğludur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





