Şou-biznes

Amerikalı məşhur aktyor vəfat etdi - FOTO

29 Fevral 2024 10:58
Baxış: 1 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı komediya ustası Riçard Lyuis dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, sənətçi fevralın 27-də 76 yaşında vəfat edib.

O, ürəktutmadan Los-Ancelesdəki evində dünyasını dəyişib.

Ötən ilin aprel ayında R. Lyuisin Parkinson xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.

Qeyd edək ki, aktyor tamaşaçılara "Curb Your Enthusiasm" serialı ilə tanışdır. O, həmçinin bir sıra filmlərdə rol alıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.