Ruhəngiz Musəvi: “Hamilə vəziyyətdə efirə çıxırlar, ərləri də yanlarında, nə məcburdur, ac qalmısınız?”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yeni çəkilən yerli filmlərimizin heç birini izləmirəm. Onlardan ləzzət almıram. Adətən Rusiya filmlərini izləyirəm. Melodrama, real hadisələrdən qaynaqlanan filmləri. Bir də retro filmlərimizə baxıram. Düzdür, arabir komediya filmlərini də izləyirəm. Əvvəlki filmlərdə tərbiyə var idi, insan hisslər üzərində qurulurdu. İndikilər biyabırçılıqdır. Ağızlarına nə gəlir danışırlar, söyüş söyürlər. Mən köhnə illərlə, o xatirələrlə yaşayıram. Nə var idisə o illərdə var idi. Söhbət təkcə filmlərdən getmir. Bu gün ifa olunan bayağı mahnıları da dinləmirəm"
Milli.Az bildirir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Musəvi deyib. O daha sonra əlavə edib:
"O illərdə çimərlik geyimi ilə filmə çəkilmək də aktrisadan cürət tələb edirdi. "Baladadaşın məhəbbəti" filmindəki dəniz səhnəsini yəqin ki, hamı izləyib. Həmin filmə sənət gözü ilə baxırlar. Heç kim ona pis gözlə baxmayıb. Bu rola görə tənqidlərə tuş gəlməmişəm. Əksinə, kim məni yolda görür, deyir ki, sizi bu filmdən sevmişik. Bu filmdir, sənətdir. Saf, təmiz məhəbbətdən doğan rolları canlandırmışıq. Yeniyetmə vaxtlarım idi. İndi efirə də, səhnəyə də az qala çimərlik geyimində çıxırlar. Baxıram əsəbləşirəm. Bunların hamısı sənət adına ləkədir. Heyf sənətdən. Gör səhnəyə kimlər gəlib. Yaxşıları çıxmaq şərtilə əlbəttə ki. Sənət qalıb kənarda, özlərini səviyyəsiz hərəkətlərlə reklam edirlər. Hər şeyi açıb-tökürlər, yetər ki, gündəmdə qalsınlar. Üzr istəyirəm, o vaxt qadın hamilə olanda çəkinərdi, hətta doğmalarından utanardı. İndi biyabırçılıqdır. O vəziyyətdə efirə çıxırlar, ərləri də yanlarında. Bir qalıb ki, uşağın dünyaya gəlmə anını da çəkib göstərsinlər. Nə məcburdur ki, efirə çıxırsınız? Allah onsuz da ruzinizi verib də. Ac qalmısınız?! Bir az səbriniz olsun, gözünüz doysun. Əriniz qazanır, uşağınız qazanır. Sənət olan yerdə bunlar artıq şeylərdir. O vaxt baldızımın toyunda idim. Hələ ana olmamışdım, hamilə idim. Bir az durub oynayan kimi atam deyirdi ki, gəl otur" deyə sənətkar bildirib.
Ruhəngiz Musəvi bildirib ki, efirdə yalnız eyni simalar qonaq olur.
"Biz gözəl vaxtda yaşamışıq. Sənətin əlçatmaz vaxtlarını görmüşük. O vaxtlar hər müğənni efirə çıxa bilməzdi. İndi toy müğənniləri özlərini efirdə reklam edirlər. Özünə hörmət edən sənətkar çalışar ki, efirdə az görünsün. Tamaşaçını, dinləyicini bezdirmək olmaz. Məni çox dəvət edirlər. Xoşlamıram tez-tez efirə çıxım. Nə vaxt efirə baxırsan eyni müğənniləri görürsən. Efirə çıxmaqları bir yana, yersiz danışıqları da bir yana. Mən efirdə özümü əsl qadın kimi aparıram. Oturuşumu, yerişimi bilirəm. Artıq şeylər nəyə lazımdır? Nə var açıb-tökürsünüz, özünüzü hörmətdən salırsınız! Efir xəstələridir, camaat bezib. Bir-birlərinə oxşayırlar, elə bil inkubator yumurtasından çıxıblar. Sənət olmayanda hər şey önə çıxır. Sənət artıq getdi! Çox sevinirəm ki, o illərdə sənətə gəlmişəm. 1972-ci ildən professional səhnədəyəm. Dövlət televiziyasında bütün kollektivlərin solisti olmuşam. Rəşid Behbudov kimi sənətkarla bir səhnəni paylaşmışam. 1973-cü ildə Almaniyada Gənclərin Ümumdünya festivalında iştirak etmişəm. 1976-cı ildə dünya səyahətinə çıxan gəmidə "Azərbaycan gözəli" seçilmişəm. Mən çıxıb bunları heç danışmıram. Ruhəngiz Musəvi tarixdə qalıb və qalacaq. Sizə bir faktı da danışıb. Böyük bəstəkarımız Oqtay Kazımı məni "Dan ulduzu" ansamblına, Rəşid Behbudovun Mahnı teatrına gətirib. Çünki o illərdə onun mahnıları konsertlərdə, efirlərdə səslənirdi. Onun "Məhəbbətim" mahnısını mən heç vaxt oxumamışam. Firuzə İbadova, Aybəniz Haşımova o mahnını çox gözəl ifa ediblər. Bütün "Dan ulduzu" ansamblının minusları Aybəniz xanımdadır. Gülarə xanım rəhmətə getməzdən öncə ona verib ki, qoruyub saxlasın. Bu mahnı da "Dan ulduzu" ansamblı ilə ifa olunub. Sağ olsun, Aybəniz xanım həmin mahnının minusunu mənə verdi. Mən o mahnını yazdırdım, ifa etdim. Aybəniz xanım mənə zəng edib dedi ki, "Ruhəngiz xanım, o mahnını eşidib deyirlər ki, bu onun cavanlıq səsidir". Əslində ifamı bəyənmirdim, Aybəniz xanımın sözləri mənə böyük dəstək oldu. Belə mahnıları oxumaq, yaşatmaq lazımdır. Ruhəngiz Musəvinin səsi də qalıb, gözəlliyi də. Bu yaşımda da təbii gözəlliyimlə bir çoxlarından seçilirəm. Əsas da mən sevilirəm. Bundan artıq mənə heç nə lazım deyil. Heç kimin də qabağında əyilmərəm. Nə ada görə, nə də şan-şöhrətə görə. Heç vaxt bunu etmərəm. Sağ olsunlar, "əməkdar artist" adını veriblər mənə. Məni elə xalqın artisti kimi hamı tanıyır" deyə müğənni bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
-
Rəqsanə görünüşünü dəyişdirdi - (Foto-Video)
XƏBƏR LENTİ
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
-
İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək





