“Fərqi yoxdur, nə yolla varlanırsan, varlan, əsas odur ki, pulun olsun”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən həftə müğənni Ayan Babakişiyevanın özünə ən son model lüks avtomobil alması günlərlə müzakirə mövzusuna çevrildi.
İfaçının qiyməti 225 min avro (450 min manat) olan 2023-cü il model BMW XM maşınını sosial şəbəkə hesabında paylaşması birmənalı qarşılanmadı. Bəziləri bu hərəkətinə görə Ayanı tənqid atəşinə tutdu.
Bəs görəsən, niyə bəzən imkanı olan, yaxşı şəraitdə yaşayan birini gördükdə insanlar dərhal onu buna görə tənqid etməyə başlayırlar?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Afət Fərmanqızı həmkarının müdafiəsinə qalxıb. Sənətçi özü də vaxtilə bu cür münasibətlə rastlaşdığını etiraf edib:
"Ayan xanımın maşınına mən də baxdım. Bir çoxları buna görə həmkarımı tənqid etdi, onsuz da pişiyin ağzı ətə çatmayanda adını iylənmiş qoyur. Hərə öz ailəsində gördüyü tərbiyəni sosial şəbəkələrdə yansıdır. Mən həmişə deyirəm, bahalı maşını olan şəxslər ucuz maşını olan, yaxud maşını olmayan şəxslər tərəfindən söyülür. Evi olmayanlar evi olanları söyür, əri olmayan əri olanları söyür. Bu mövzuda çox misal çəkmək olar.
Bu gün dəli ol, amma pulun olsun, səni mütləq başa çəkəcəklər. Fərqi yoxdur nə yolla varlanırsan, varlan, əsas odur ki, pulun olsun. Belə olanda səni hər yerdə yuxarı başda otuzduracaqlar. Amma pulun olmasa, savadlı da olsan, 2 universitet də bitirsən, səni adam yerinə sayan olmayacaq".
A.Fərmanqızı qeyd edib ki, Azərbaycanda bir qisim şəxs başqalarının yaxşı yaşamasını, pul qazanmasını həzm edə bilmir və daim onu yıxmağa çalışır:
"Bizim vətənimizin insanlarından dünyanın heç bir yerində yoxdur, mehribandırlar, amma içlərində bir qisim var ki, onların əhatəsində yaşamaq çox çətindir. Bir şey olmamış sosial şəbəkələrdə təhqirlər yağdırmağa başlayırlar, şəhərdə maşın sürürsən dayandığın yerdə səni işə salırlar.
Bu, mənim başıma da gəlib. O vaxt mahnı oxudum "tutdu", xalq tərəfindən bəyənildi, hər gün yüksək qiymətə toylara çağırıldım, amma dərhal ayağımdan dartmağa başladılar. Məhkəməyə qədər verildim ki, bu adam niyə pul qazanır? Məni məhkəməyə verib 100 min manat pul istədilər, çünki qarınları bunu götürmürdü. Fikirləşdilər ki, bu qız kimdir, kənddən gəlib, güllü don geyinib Bakıda bizi keçir. Niyə Afət Fərmanqızı "Geländewagen" sürməlidir, bir neçə evi olmalıdır, xalq tərəfindən sevilməlidir?! Düşündülər ki, qoy bunun başına oyun açaq. Əvvəli məhkəmə ilə başlayır, sonrası haralara gedib çıxır çox da xırdalamaq istəmirəm...
Beləcə insanları provokasiyaya çəkirlər. Bilmirəm belə adamlar nə ilə qidalanır, paxıllıq, xainlik içlərini bürüyüb".
Müğənni bir neçə il öncə ifa etdiyi, gündəmə çevrilən "Pəncu Şeş" mahnısının ona uğur gətirdiyini, lakin buna görə başının çox bəlalar çəkdiyini deyib:
"Mən o mahnını oxuyub varlanmayasdım, Allaha and olsun, bəzi müğənnilərin mənimlə işi olmazdı. Bəzən fikirləşirəm ki, sağ olsunlar, mən Azərbaycanda olanda məni heç olmasa, zəhərləmədilər. Buna görə düşmənlərimə təşəkkür edirəm. Onlar artıq mənə tələ qururdular, Allah həyat yoldaşıma can sağlığı versin, mənimlə evləndi və Rusiyaya gətirdi. Bu da Allahın bir qisməti idi. Əgər Azərbaycanda qalmış olsaydım, bəlkə də başıma çox oyun gətirərdilər. Bura məni ləkələmək, şərləmək, iftira atmaq da daxil idi, hamısı da paxıllıqdan irəli gəlirdi ki, Afət niyə bu qədər pul qazanır?"
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





