"Uşaqlığın son gecəsi"nin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Dublyaj çox çətin sahədir. "Azərbaycanfilm" kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. "Hələ bu sahəyə yeni ayaq döyürdük" demək daha doğru olar. Amma "Uşaqlığın son gecəsi"ndə Ənvər Həsənovun oynadığı Murad obrazı kinoda səsləndirdiyim ilk böyük rolum oldu, ondan sonra digər rejissorlar da mənə etibar etməyə başladılar".
Milli.Az bildirir ki, bunu teleqraf.com-a açıqlamasında Xalq artisti Rafiq Əzimov yaradıcılığında çox az bilinən faktla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, aktyorlar belə nüansları açıqlamağı sevmirlər.
"Təzə-təzə kinostudiyaya ayaqaçdı edəndə rejissor Arif Babayev mənə "Uşaqlığın son gecəsi" filmində fəhlə obrazını həvalə etmişdi. Amma hiss edirdim ki, mənə göz qoyur, hərəkətimə, danışığıma fikir verir. Günlərin bir günü dedi "Ay Əzimov, istəyirəm Muradı sən səsləndirəsən". Bunu heç gözləmirdim. Sonra Muradı oynayan Ənvər Həsənovun bütün hərəkətlərinə, danışıq tərzinə, münasibətlərinə diqqət etməyə başladım. Ona görə də canla-başla çalışırdım ki, Ənvərin oynadığından bir az artıq Muradın danışığına, jestlərinə, sözsüz yerlərdəki münasibətlərinə daha dolğun öz yanaşmamı göstərim.
Çox vaxt aktyorlar belə nüansları açıqlamağı sevmirlər. Başqa aktyorların onları səsləndirməsi bəzi aktyorların xoşuna gəlmir. Mənim obrazımı başqa aktyor səsləndirəndə içimdə hər zaman narahatlıq olur. Axı bu rolu mən ifa etmişəm, dəqiqliyini də özüm bilirəm. Ona görə həmin rollarımdan nigaran qalıram: başqasının danışığı ilə mənim danışığım, münasibətlərim üst-üstə düşəcəkmi? Amma Muradı səsləndirməyim Ənvərin də, rəhmətlik Arifin də çox xoşuna gəlmişdi. Görün neçə il keçib, çoxları inanmır və çoxları da bilmir ki, Muradı mən səsləndirmişəm. Əsas odur ki, obraz yaxşı təqdim olunsun. Film bu gün də sevilir, tamaşaçılar tərəfindən qəbul olunur, bunda mənim də balaca əməyim olduğuna görə sevinirəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





