Mafiya ilə əlaqələrinə görə həyatı faciəvi sonluqla bitən müğənni - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir zamanlar möhtəşəm səsi ilə bütün arabesk sevənlərin qəlblərini ovsunlayan Esengülün hekayəsini olduqca kədərli və faciəlidir.
Milli.Az sfera.az-a istinadən mafiya əlaqələrinə görə həyatı faciəvi sonluqla bitən müğənni haqqında yazı təqdim edir. Onun ulduz həyatı 16 yaşında başlayıb 25 yaşında bitib.
Bu səsyazısı ilə məşhurlaşan Esengül, gömrük işçisi olan əri Orxan Akçınarın dəstəyi ilə səhnəyə çıxmağa başlayıb. Esengülün musiqi biliyi var idi, ilk təhsilini anasından, sonra isə bir çox musiqiçilərdən almışdı.
Hələ 16 yaşında ikən "Lunapark Casino"da Emel Sayının bek-vokallarında görünməyə başlayan Esengül, oradan ayrılan kimi başqa bir kazinodan təklif alır və "Bebek Casino"da baş rol oyunçusu kimi səhnəni sözün əsl mənasında silkələməyə başlayır.
Bu gənc, gözəl və şən qadın dövrünün ən məşhur adlarından biri idi. Elə bir kazino yox idi ki, onun arxasınca getməsin.
Esengülün yüksəlişi də çox sürətli oldu. O, həyatını çox sürətlə yaşayan qadın idi. Bu, sevgi həyatına da aid idi.
Birinci əri Orxan Akçınardan boşanıb, daha sonra Adnan Şenseslə imam nikahı olub. Adnan Şensesdən sonra futbolçu Tayfun Kalkavanla eşq macərası yaşayıb.
Çox güman ki, Esengül 1979-cu ildə kazinoda bir səhnə zamanı ölümünə səbəb olan hadisənin başlanğıcını yaşayıb. Sənətçini izləməyə gələnlər arasında məşhur mafiya adamı Oflu İsmayıl Hacısüleymanoğlu da olub.
Esengüldən mahnı oxumasını istəyən Hacısüleymanoğlu, Esengüldən "Repetuarımda bu mahnı yoxdur" cavabını alıb. Hacısüleymanoğlu silahını çıxararaq, 2 nəfəri öldürüb.
Şayiələrə görə, Esengül həm Oflu İsmail, həm də kazino sahibi ilə münasibət qurub. Bu sirr açıldıqdan sonra məhz bu hadisə baş verib.
Qəzetlər hadisə ilə bağlı "Bir mahnıya görə iki can alındı" başlığı ilə yazsalar da, o zaman vəziyyətin təkcə mahnıya aid olmadığı məlum idi. Oflu İsmayıl yeni bir agentlik qurmuşdu, kazino sahibi isə Esengülü yeni agentliyə vermək istəmirdi.
Bir çox cinayətlərə görə də mühakimə olunan Oflu İsmayıl bu hadisədən sonra xaricə qaçıb və 36 il həbs cəzası alıb.
Esengül silahlı hücumdan 20 gün sonra yenə xəbərlərdə göründü, ancaq bu dəfə ölüm xəbəri ilə. Sənətçi qardaşı və dostları ilə yol qəzasında 25 yaşında ikən dünyasını dəyişib.
Yaxınları bu qəzanın sıradan bir yol qəzası olmadığını və Esengülün öldürüldüyünü bildiriblər.
Ölümündən illər sonra, qəza ilə bağlı dövlət hesabatında bunun "mafiya tərəfindən yol qəzası kimi maskalanan bir qətl" olduğu qeyd edilib.
Esengülün yeraltı dünyası ilə əlaqədə olduğu, hətta bir vaxtlar polis tərəfindən də izlənildiyi bildirilirdi.
Hətta şaiyələrdən birinə görə, Esengül əslində ölməmişdi və xilas olmaq üçün "yol qəzasında öldü" bildirilərək, xaricə qaçırılmışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
XƏBƏR LENTİ
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





