Şairdən müğənniyə ağır sözlər: "Mənə şillə vursaydı, mən ona ikisini vuracaqdım"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mənzurə Musayevaya dedim ki, siz Şövkət Ələkbərovanın tələbəsi ola bilməzsiniz, durub üstümə cumdu. Özü də həmişə ədəb-ərkanı gözlədiyini deyir. Bu necə ədəbdir? İnanın mənə, əgər Mənzurə mənə şillə vursaydı, mən ona ikisini vuracaqdım".
Milli.Az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında şair Anar Vəziroğlu müğənni Mənzurə Musayeva ilə aralarında olan qalmaqaldan danışarkən deyib. Şair sənət adamlarının ondan çəkindiyini vurğulayıb:
"Mənzurəkimilər çoxdur. İki aydan yuxarıdır ki, mən bu verilişlərə ekspert kimi dəvət alıram. Onlar da məni tanıyır. Müğənnilər gələndə xahiş edirlər ki, Anar Vəziroğlu mən çıxdığım verilişdə olmasın. Niyə? Çünki mən sözün düzünü deyirəm. Mənzurə Xalq artisti Flora Kərimovanın 40-50 ildir möhür vurduğu mahnıları oxuyur. Sonra da deyir ki, Şövkət Ələkbərovanın tələbəsi olmuşam. Dedim Şövkət Ələkbərovanın tələbəsi olmamısınız. Bəs, cəmiyyət niyə bu haqda bilmir? Onun bütün tələbələrini xalq tanıyır. Flora Kərimovanın möhür vurduğu mahnıları zümzümə ilə oxuyur".
Anar Vəziroğlunun fikirincə, müğənnilərin 40 yaşdan sonra deməyə sözü olmur:
"Hərəsi bir şeylə özünü gündəmdə saxlayır, gah ərindən boşanır, gah əməliyyat etdirirlər. Nədir ki, gündəmdən düşməsinlər. Bunlar xəstə deyil, manyakdırlar. Xəstə abırlı adama deyilir. Təsəvvür edin ki, mənim kimi adamın üstünə cumur. Onlara elə gəlir ki, mən səbrliyəm, nə istəsə deyə, edə bilərlər. Mənim hüququm nə qədərdirsə, onun hüququ da o qədərdir. Suallara cavab vermək sənin borcundur. Mənzurə, sən Anar Vəziroğlunun yanından da keçə bilməzsən".
Qeyd edək ki, şair və jurnalist Anar Vəziroğlu ilə müğənni Mənzurə Musayeva arasında efirdə qalmaqal yaşanıb. Buna səbəb Mənzurə Musayevanın mahnılarını oxuması və mərhum sənətkar Şövkət Ələkbərovanın tələbəsi olması ilə bağlı açıqlama verməsidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü





