"Şərt qoydu ki, Səkinə İsmayılova kimi geyinəcəksən"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Məktəbdə oxuduğum illərdə musiqi müəlliməm Səidə xanım mahnıların birini oxuduğum zaman dedi ki, çox gözəl səsin var, sən məktəbdə keçirilən konsert zallarında çıxış edə bilərsən. Müəllimlər məni hər zaman ön sıralarda otuzdururdular. Deyirdilər ki, sənə baxanda ürəyimiz açılır, gəl, ön cərgədə otur".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova həmkarı Rəşad İlyasovun "Danışır musiqi" proqramında deyib. İfaçı sənət yolundan danışıb. O bildirib ki, anası müğənni olmasına etiraz edib:
"Anam isə məni gəşəng geyindirirdi. Günlərin bir günü anama söylədim ki, müğənni olmaq istəyirəm. Hamının valideyni kimi mənim də anam söylədi ki, evdə müğənnimiz əskik idi. Anam müğənni olmağıma qətiyyən razı deyildi. Ərköyün qız idim, buna görə də gizlincə bayram tədbirlərində oxumağa başladım. Müəllimlərdən biri anam iclasa gələndə deyib ki, Nigar Novruz bayramı tədbirində oxudu. Çox gözəl ifa etdi və yaxşı istedadı var. Beləcə, bu məsələ gedib anamın qulağına çatdı. Anamın gözündən qaçmağa çalışsam da, evdə məni cəzalandırdılar. Hər bir ailənin böyüyü olduğu kimi mən də babama şikayət etdim ki, anam mənim oxumağıma icazə vermir. O da söylədi ki, bir şərtlə sənə icazə verərik: Sən Səkinə İsmayılova kimi qolu uzun geyinəcəksən, ədəb və ərkanla, əlində qavalla xanəndə olacaqsan".
Nigar əlavə edib ki, əvvəllər muğam oxumaq niyyəti olmayıb:
"Heç muğam oxumağı istəmirdim. Amma yaxşı ki, muğam oxumuşam və böyüklərin sözünü dinləmişəm. Sonradan valideynlərim məni Xalq artisti Siyavuş Kərimlinin yanına gətirdilər. O söylədi ki, Nigar çox istədadlıdır və ondan çox gözəl müğənni olacaq.
Bir müddətdən sonra Bülbül adına orta ixtisas məktəbinə getdim. Orada dəyərli ustadım Qəzənfər Abbasov müəllimim oldu. O çox hökmlü bir insandır. Qəzənfər Abbasov muğamı mənə sevdirdi. Mən çox istəyirdim ki, estrada ifaçısı olum. Amma yaxşı ki, xanəndə oldum. Az yaşım olanda yalnız rus mahnılarını ifa edirdim. Qanım da ora çəkir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





