Şou-biznes

Məşhur müğənni əməliyyat olundu - FOTOlar

2 Fevral 2024 11:39
Baxış: 1 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin məşhur ifaçısı Ajda Pekkan əməliyyat olunub.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, çiyin ağrısından əziyyət çəkən əfsanəvi sənətçinin oynaqlarından əməliyyat olunduğu bildirilib.

Sağ çiynindən əməliyyat olunan Pekkan 3 həftə müalicə alacaq.

Səhhəti barədə danışan 77 yaşlı müğənni açıqlamasında qeyd edib : "Çox ağrıyırdım, amma xoşbəxtlikdən bu əməliyyatla ağrılarımdan xilas oldum. Ombamı sındırdıqdan sonra çiynimdə əzələ qopması baş verdi. Sonra yavaş-yavaş ağrılar başladı. Əvvəllər eyni çiynimdə vətər əməliyyatı olunmuşdum. Ağrılar artdıqdan sonra həkimim Ramazandan əvvəl bu əməliyyatı etdi" .

Fidan
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.