Yenidən səhnəyə qayıdan Nazpəri: "Mən nə bilirdim ki, başıma belə..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Nəvələrim üçün Xalq artisti Nazpəri Dostəliyeva, yaxud nənə olmağımın heç bir fərqi yoxdur. Mən onların özləri demiş "böyük mamalarıyam". Onlar məni böyük ana kimi sevib, qiymətləndirirlər. Nəvələrim mənim həyatda ən çox sevdiyim əzizlərim, yaşam səbəblərimdir. Hər zaman məni çox istəyiblər. Bu günlərdə nəvəm Tamerlanın ad günü idi. Bilirsiniz ki, Tamerlan uzaqda yaşayır, Moskvada. Nə yaxşı ki, bu doğum günündə Bakıda oldu. Öz ailəmizdən ibarət Tamerlanın və qardaşlarım Ağəli və Məmmədin ad günlərini qeyd etdik. Təsadüfən üç doğum eyni vaxta düşmüşdü. Bir az sevindim, güldüm, ürəyim açıldı. Çünki Tamerlan mənim Əli balamın yadigarı, əvəzidir".
Milli.Az bildirir ki, bunu "Moderator"a açıqlamasında Xalq artisti, sevilən müğənni Nazpəri Dostəliyeva deyib. Xalq artisti bildirib ki, pedaqoji fəaliyyətindən uzaqlaşıb.
"Məni yenidən səhnəyə qaytaran səbəb tamaşaçılarımın, sevənlərimin və televiziya işçilərinin böyük sevgisi oldu. Sanki həyatda yox idim, özümü axtarıb tapmaq istəyirdim, amma güc toplaya bilmirdim. O illərdə pedaqoji fəaliyyətlə məşğul olduğum Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən uzaqlaşdım, amma tamaşaçılarımdan uzaqlaşa bilmədim. Qadınlarımızı heç vaxt güclü görmək istəmirəm, xoşbəxt görmək istəyirəm. Güclü qadınların çiləsi çox olur".
Xalq artisti səsinin övladı Əkbərə keçdiyini də bildirib:
"Əkbərin çox gözəl səsi var. Nə qədər ki, uşaq idi, solo konsertlərimdə onu oxudurdum. Böyüyəndən sonra onu məcbur edə bilmədim. Çəkinir, utanır. Öz peşəsini seçdi. Rusiyada və Azərbaycanda bir neçə təhsil alıb".
Xalq artisti bildirib ki, oxuduğu mahnılar sonradan taleyinə sirayət edib:
"Bütün mahnılarımı özümünküləşdirib ifa etmişəm. Onlar mənə hopub, bağlanıb. Ağlıma da gəlməzdi ki, bəzi mahnılarım sonradan öz həyatıma həsr olunacaq. Mən nə bilirdim ki, başıma belə hadisələr gələcək və illər sonra onları ifa edəcəyəm?! Olanları, baş verənləri yaşayıb oxumuşam".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür





