Şou-biznes

Çingiz Balidə konsert verəcək - VİDEO

30 Yanvar 2024 05:05
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Çingiz Mustafayev yenidən İndoneziyaya yollanıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Balidə dincəlir. Çingiz eyni zamanda orada konsert verməyi də planlaşdırır. 

Bu haqda ifaçı özü məlumat yayıb. Son günlər sufi olduğunu açıqlayan Çingiz tədbirin fevralın 6-da keçiriləcəyini bildirib. 

"Elektron musiqi ilə sinxron şəkildə Şərqin mistik melodiyalarının sədalarına qərq ola bilək. Sizə bu unudulmaz səyahəti bəxş etməkdən şad olaram" deyə, sənətçi əlavə edib. 

Qeyd edək ki, Ç.Mustafayev bir müddət əvvəl Baliyə köçmüş və bir neçə il orada yaşamışdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.