“Aparıcıların Samirənin dədəsinə borcu yoxdur” - Tolik gözünu yumdu, ağzını açdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış psixoloq Samirə Bağırovanın sosial verilişlərdə iştirak etmək üçün ondan xeyli pul tələb edilməsini ictimailəşdirməsi müzakirələrə səbəb oldu.
O, "Xəzər" telekanalında Lalə Azərtaşın verilişində 1 ay ekspert kimi oturmaq üçün 20 min manat, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin verilişi üçün isə 15-18 min manat pul tələb edildiyini açıqladı.
Milli.Az bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) reklam qarşılığında psixoloqdan pul tələb edilməsinin normal olduğunu deyib:
"Verilişlər niyə psixoloqdan pul istəməməlidir? Əgər Samirə Bağırova özünü reklam etmək istəyirsə, telekanalların ona borcu yoxdur. Psixoloq məgər camaatı havayı qəbul edir, yoxsa 1 saatına minimum 100 manat alır? Niyə efiri Samirə Bağırovaya havayı verməlidirlər? Məsələn, mən Samirənin ala gözünə, qara qaşına aşiqəm ki, onu efirimə dəvət edim? Onun qeyri-adi nə psixoloji istedadı var ki? Gəlib desə ki, mən pasiyentləri pulsuz qəbul edirəm, onda mən də deyəcəm ki, əziz tamaşaçılar, Samirə Basğırova pasiyentləri pulsuz qəbul edəcək. Amma bunu heç vaxt deməz. Əgər Samirə reklam olunub pul qazanmaq istəyirsə, niyə telekanala pul verməməlidir? Mən buna çox normal baxıram".
Tolik qeyd edib ki, sosial verilişlərə dəvət olunan ekspertlərdən pul alınmır, lakin reklam üçün gələn həkim və psixoloqlar mütləq müəyyən məbləği ödəməlidir:
"Verilişə dəvət olunan ekspertlərdən pul alınmır. Mən 8 ay sosial veriliş aparmışam və bu 8 ayda heç bir ekspert deyə bilməz ki, məndən pul alınıb. Bəzi verilişlərdə ekspertlər də pul verir, düzdür, amma onlar nə həkim, nə də psixoloq olmur, vəkil yaxud tanınmış sima olur. Hətta elə olur ki, həmin şəxslərə telekanal özü qonorar verir. Məsələn, bəzi tanınmış simalara bu gün telekanal maaş verir. Amma həkimlərin hamısı sponsor kimi verilişlərə gedirlər. Psixoloqlar da pul verib öz psixoloji mərkəzlərini, özlərini reklam edirlər.
Bu gün "Cola" bütün dünyada tanınmış şirkətdir. Niyə Tarlkana 5-10 milyon verib reklam etdirirlər? Mən niyə psixoloqu havayı efirimdə otuzdurmalıyam?! Gəlib nə edəcək? O insanları pulsuz qəbul edəcək? Əlbəttə ki, yox. Bir qəbulu 300 manatdır, niyə telekanal ondan 18 min manat almasın ki? Telekanalların Samirənin dədəsinə borcu var?! Mən bu cür psixoloqların çoxuna inanmıram. Belə qadınlar reklam dalınca qaçırlar. Psixoloq olmaq üçün universitet bitirməlisən, əksəriyyəti bitirmir, gedib sertifikat alırlar, sonra çıxıb danışırlar. Zaur, Xoşqədəm, Lalə səni niyə havayı efirinə çağırmalıdır?! Əgər sən özünə belə güvənirsənsə, elə sosial şəbəkələrdən pasiyent cəlb et də, özün də görürsən ki, edə bilmirsən. Mən Zauru da, Xoşqədəmi də, Lalə xanımı da dəstəkləyirəm. Düz edib pul alırlar.
Samirə Bağırovaya da deyirəm ki, Xoşqədəmgil səndən 18 min istəyibsə, eybi yoxdur, gəl, mənə 10 min ver, otur verilişimdə, gör 18 minlik veriliş necə olur, 10 minlik necə olur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb





