"Oğluma deyirəm ki, taksidə falan mənim oğlum olduğunu demə" - Şəbnəm Tovuzlu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ailə insanın özəlidir. Gərək, mən ailəm haqqında zamanında danışmazdım. Ailəmdən danışdığım üçün peşmanam. Ailəm haqqında yazılan xəbərlər, atılan böhtanlar üçün çox peşmanam. Bütün bunlar zaman-zaman həyat yoldaşımla münasibətlərimizə təsir edirdi. Nə yaxşı ki, mən və həyat yoldaşım güclüyük. Nə yaxşı ki, özüm hər şeyə nəzarət edə biləcək bir insanam. Amma insanın həyatında elə şeylər olur ki, bəzən o şeyləri, efirdə "mən, ailə, sevdiyim, sevmədiyim, qızım, oğlum" kimi məsələləri açıb-tökmək olmur".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu (Əsədova) qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
Sənətçi bildirib ki, zamanında efirlərdə ailəsi barəsində danışdığı üçün indi peşmanlıq hissi çəkir:
"Bütün efirlərdən, aparıcılardan xahiş etmişəm, ailəmlə bağlı sual verməsinlər. Çünki zamanında bununla bağlı çox zərbələr almışam. Qızımla bağlı suallar verməyin. Oğlum Əli canım, həyatımdır. Əli taksiyə oturanda belə deyir ki, mən Şəbnəm Tovuzlunun oğluyam. Əli böyüdükcə ona da başa salıb deyirəm ki, demə ki, mən Şəbnəmin oğluyam. Bu, pis bir şey deyil. Amma mən nələrisə anlayıb, deyirəm. Atanın adını söylə.
De ki, mən filankəsin (Şəbnəmin həyat yoldaşı Hacı Ramildir - red.) oğluyam. Çünki sən kişisən! Ailə mövzuları haqqında efirlərdə artıq danışmaq istəmirəm. Çünki onu başqa yerlərə yozurlar. Orada yazılan şərhləri oxuyanda isə mənə çox pis təsir edir. Övladlarıma da demişəm ki, ananın adını çöldə deməyin. Atanızın adını çəkin. Məncə, ailə və iki sevən arasında olan məsələlər öz aralarında olsa, daha yaxşıdır.
Efirlərə yansıtmaq olmaz. Düzdür, mən sənətçiyəm və məşhur insanların şəxsi həyatları insanlar, tamaşaçılar üçün hər zaman maraqlıdır. Amma o marağı aşırı dərəcə aşmaq lazım deyil. Zamanında mən o həddi bildim. Amma mənim efir təcrübəm olmadığından, çox istifadə olundum, çox deyildim və buna görə də çox peşmanam".
Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qızı var. Onun tezliklə toyu olacaq. Hacı Ramil ilə nikahından isə müğənninin Əli adlı oğlu var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





