Şou-biznes

Dua Lipa məşhur aktyorla öpüşərkən görüntüləndi - FOTO

19 Yanvar 2024 07:35
Baxış: 1 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Dua Lipa aktyor Kallum Törnerlə qucaqlaşıb-öpüşərkən görüntülənib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, məşhurlar Hollivuddakı yapon restoranı "Sushi Park"da görüşüblər. Paparatsiyalar 28 yaşlı Dua Lipanın 33 yaşlı Kallum Törnerlə birlikdə restorandan çıxarkən fotolarını çəkiblər. Müğənni və Hollivud aktyoru hisslərini gizlətməyiblər. Sevgililər balkonda bir-birini qucaqlayıb öpüblər.

Qeyd edək ki, Dua Lipa və Kallum Törner haqqında romantik şayiələr keçən həftə ortaya çıxıb. Yanvarın 10-da ulduzlar "Masters of the Air" hərbi serialının premyerasından sonra Los-Ancelesdə əyləncə gecəsində rəqs edərkən görüntüləniblər. Müğənni tədbirə sevgilisinə dəstək olmaq üçün gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.