Əməkdar artist küçədə bu vəziyyətdə GÖRÜNTÜLƏNDİ - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzun illərdir gözdən uzaq düşən, efirlərdə görünməyən Əməkdar artist Təranə Vəlizadədən xəbər var.
Milli.Az bildirir ki, paytaxt Bakıda titul.az-ın kamerasına tuş gələn xanım sənətçinin son halı təəccübləndirib.
Mərkəzi küçələrindən birində dayanacaqda avtobus gözləyən Təranə Vəlizadənin tibbi maskadan istifadə etdiyi də nəzərdən qaçmayıb. Xanım sənətçinin bunu məhz son dönəmlər yayılan viruslardan qorunmaq üçünmü, yaxud Bakı sakinlərinin onu tanımaması məqsədi ilə taxdığı məlum olmasa da, Əməkdar artistin təlaşlı halı nəzərdən qaçmayıb.
Xatırladaq ki, Eyvaz Həsənovla ailə həyatı qurmuş Təranə Vəlizadənin ailə həyatı yarımçıq qalır. Belə ki, günlərin birində, səhər saat 6-da toy məclisini yola vermək üçün ansamblı ilə birgə Eyvazın maşınına minib Gürcüstana yola düşürlər. Maşın qarşıdan gələn yük maşını ilə toqquşur. Qəza vaxtı Eyvaz dünyasını dəyişir. Bu hadisədən sonra Təranə Vəlizadə dərin depressiya keçirir. Dostları, yaxınları çalışırlar ki, onu depressiyadan çıxarıb, az da olsa, əvvəlki vəziyyətinə qaytara bilsinlər. O, uzun müddət xəstə yatır. Kardeologiya şöbəsində müalicə olunur. Lakin orada həkimlər bütün bunların qorxudan baş verdiyini deyir. Bir müddət onun canındakı qorxunu çıxarmaq üçün pirlərə də aparırlar. Ancaq heç cür təskinlik tapa bilmir. Bir ildən sonra Təranə Vəlizadə qara paltarla ekrana çıxır.
Həyat yoldaşından sonra o, ikinci dəfə ailə həyatı qurmur. Eyni zamanda, sənətlə də əvvəlki şövqlə məşğul ola bilmir. O, Eyvazdan sonra konsertlərə və toylara getməsini isə yalnız dolanışıqla əlaqələndirir, bu məcburiyyət olmasa, heç oxumazdım deyir.
Qeyd edək ki, Əməkdar artist Təranə Vəlizadə 2 il öncə "Elgizlə izlə" proqramına qatılaraq illər əvvəl adının Xalq artisti Siyavuş Aslanla hallanmasından danışıb:
"Mənim ailəm var idi. Yoldaşımdan sonra qayınanamın yanında qalırdım. O vaxt söz yaydılar ki, adın Siyavuş Aslanla hallanır. Qayınanam əlini göyə qaldırıb qarğış edirdi. Abırıma bükülmüşdüm, susurdum. Hərənin bir arxası - atası, silahdaşı, əri var idi. Həmin ərəfədə mən atasız, anasız, yoldaşsız qaldım, oğlum da yox. Ona görə də adıma söz çıxardılar. Buna görə 10 il qayınanamın yanında qaldım.
İndi ahıl yaşımdayam, ona görə danışıram. 40 ildir bu söhbəti ürəyimdə saxlayıram. Amma son günlər bu xəbəri yenə yazdırmağa başlayıblar. Qohumlarım deyirdi ki, gedib xəbəri yayanları öldürəcəyik. Deyirdim, etməyin... Başımı qaldırıb kiminsə üzünə baxan olmamışam, utanmışam".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq





