Şou-biznes

Zaur Baxşəliyev haqqındakı iddialara son qoydu: "Hava limanında..."

10 Yanvar 2024 14:27
Baxış: 2 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Zaur Baxşəliyev ATV kanalında fəaliyyətinə son qoyub xarici ölkəyə köçəcəyi haqqında yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" verilişində bu sözləri deyib:

"Haqqımızda hər gün nəsə yazırlar. Gah verilişimi açırlar, gah bağlayırlar, gah xaricə göndərirlər, yenidən Azərbaycana qaytarırlar. Hava limanında tıxaca salırlar. Özləri müsahibə verirlər, özləri cavablandırırlar. Çox qəribə bir ab-havanın içindəyik. Olsun. Buradan hamıya keçmiş olsun deyirəm".

Qeyd edək ki, Zaur Baxşəliyev ATV-də "Zaurla günaydın" və "Bizimləsən" verilişinin aparıcısıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.