Zeynəb Xanlarovanın həyat yoldaşı kim olub? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın Xalq artisti, 88 yaşlı məşhur müğənni Zeynəb Xanlarovanın adı iki gündür sosial şəbəkələrin səhifələrində müzakirə mövzusudur. Müzakirələrin səbəbi Xalq artistinin 31 dekabr gecəsi Azərbaycan Televiziyasının Yeni il konsertində çıxış edərək bir neçə mahnı ifa etməsidir.
Zeynəb Xanlarovanın ifasını bəyənməyənlər onunla bağlı müxtəlif tənqidi fikirlər yazır, Xalq artistini bu yaşda AzTV-nin ekranına çıxmaqda qınayırlar.
Bununla yanaşı, müzakirələrdə Zeynəb Xanlarovanı müdafiə edənlər də çoxdur.
Qeyd edək ki, müzakirələrdə fikir bildirənlərin bəziləri Zeynəb Xanlarovanın keçmişindən bəhs edərkən onun mərhum həyat yoldaşının adını müxtəlif məsələlərdə hallandırırlar.
Bəs Zeynəb Xanlarovanın həyat yoldaşı kim idi?
Milli.az xəbər verir ki. modern.az saytının məlumatına görə, Xalq artisti Zeynəb Xanlarova əslən Füzuli rayonundan olan mərhum Səlim Babayevlə evli olub.
Səlim Abbas oğlu Babayev 1990-cı illərin əvvəllərində Bakı dondurma fabrikinin direktoru işləyib.
3 dekabr 1998-ci il tarixində mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Səlim Babayev "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri təyin edilib. O, həmin vəzifədə 2001-ci ilə kimi çalışıb.
18 sentyabr 2001-ci il ildə Heydər Əliyevin müvafiq sərəncamı ilə "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserni ləğv edilib. Ləğv olunan "Azərbalıq" Dövlət Konserninin səlahiyyətləri və onun tabeliyində olan müəssisə və təşkilatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.
Mərhum prezident Heydər Əliyevin 5 oktyabr 2001-ci il tarixli sərəncamı ilə "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin ləğv edilməsi ilə əlaqədar olaraq Səlim Abbas oğlu Babayev də bu qurumun sədri vəzifəsindən azad olunub.
Zeynəb Xanlarova və Səlim Babayev cütlüyünün iki oğlan övladı dünyaya gəlib - Ramil və Ramin Babayevlər.
Səlim Babayev 2000-ci illərin ortalarında dünyasını dəyişib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





