"Həmin gün sanki tamaşaçıları ilə vidalaşırdı" - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində Əməkdar artist Aygün Bəylərlə vida mərasimi keçirilir.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənət adamları, incəsənət nümayəndələri xanəndə ilə vidalaşmaq üçün mərasimə yollanıb. Onlar Aygün Bəylərlə bağlı xatirələrini bölüşürlər.
Xalq artisti Həmidə Ömərova muğam ifaçısının sonuncu solo konsertindəki ifasından danışıb:
"Hər birimiz şokdayıq. Heç gözləmirdik. Aygünün konserti gözəl keçdi. Ömrümdə belə konsert görməmişdim. Hər mahnısını yenidən yaradırdı. Aygün Bəylər sevənlərə səbrli olmağı arzulayıram. Biz böyük bir istedad itirdik. Ruhu şad olsun. Birinci növbədə qızına səbr diləyirəm. Düşünürəm ki, həaytı yaxşı olacaq. Xalqımız Aygünə olan sevgini qızına verəcək. Onun qızı bir şəxsiyyət olacaq".
Xalq artisti Aygün Səmədzadə məşhur "Tut ağacı" bəstəsinin ifaçısı haqda bunları söyləyib:
"Mədəniyyətimiz üçün çox ağır itkidir. Onu qoruya bilmədik. Özü də özünü qoruya bilmədi. Son dəfə konsertindən öncə "Tut ağacı" mahnısı ilə bağlı danışmışdıq. Əslində xəstəliklə bağlı sonu bilirdik. Amma nə qədər bilsək də, biz elə bilirdik ki, Aygün həmişə yaşayacaq. Bizim onunla çox fərqli münasibətimiz olub. Mənim mahnılarımı ifa edib. Məni kimsə tanımayanda deyirəm ki, "Məktəb illəri" və "Tut ağacı"nın bəstəkarıyam. İnsanların siması o anda dəyişir. Mahnıların özü bir xatirəyə çevrildi. Əslində Aygün haqda çox danışa bilərəm, amma hazırda çox çətindir".
Xalq artisti Mənsum İbrahimov Aygün Bəylərin arzuladığı planlardan danışıb:
"Aygünün görəcəyi çox işlər var idi. Oxuduğu hər şey mükəmməl olurdu: xalq, bəstəkar mahnıları. O, musiqi ilə yaşayırdı. Geyimi də, oxumağı da heç kimə bənzəmirdi. Çox gözəl xasiyyəti var idi, böyük-kiçik yeri bilirdi. Bizim üçün ağırdır. Böyük sənətkarı itirmək musiqimizə ağırdır. Allah övladına can sağlığı versin, onu qorusun. Xalq məhəbbəti budur. Hər yerdə hər kəs Aygünə istəyini bildirir".
Əməkdar artist Elza Seyidcahan xanəndəni bu sözlərlə yad edib:
"Aygün Bəylər mənə həmişə bir böyük kimi hörmət edib. Nə zaman məni görsə, bir kiçik bacı kimi qarşıma gəlirdi. Hörmətimi saxlayırdı, sənətimə böyük dəyər veriridi. Dünəndən anamla özümüzə gələ bilmirik. Şəxsən mənə dedi ki, get, bacılarına, övladına başsağlığı ver. Onun ölümünə çox üzülürük. Təəssüf ki Aygün Bəyləri tez itirdik. Özündən geriyə bir övladı qaldı. Allah ailəsinə, övladına səbir versin. Çox çətindir. Onun səsi heç vaxt unudulmayacaq".
Müğənni Elnarə Xəlilova muğam ifaçısının konsertindən danışıb:
"Biz tanış olmasaq da, kənardan bir-birimizi sevib, bəyənmişik. Aygün xanımı çox sevirdim, dəfələrlə danışmışdım. Onunla duet etmək fikrim var idi. Əcəl imkan vermədi. Konsertinə getmədim, çünki onu o halda görmək istəmədim. Canı ilə çəkişə çəkişə ifa edirdi. Həmin gün sanki tamaşaçıları ilə vidalaşırdı. Ölüm xəbərini eşidəndə başladım özümü döyməyə. İlk dəfə idi deyirdim ölmək istəyirəm".
Müğənni Nigar Camal Aygün Bəylərin arzusunu açıqlayıb:
"Son dəfə dekabrın 30-da danışmışdıq. Türkiyəyə yola düşürdü. Ən böyük arzusu Şuşaya getmək idi. Təəssüf ki, belə oldu".
Əməkdar artist Lalə Məmmədova "İlk dəfədir ki, bilmirəm nə danışım. Əslində gedən cism üçün yox, susan səs üçün pis oluruq. Aygün hər zaman qəlbimizdə yaşayacaq. Bizi bu dünyada xatırlayan ən son insan bu dünyadan köçəndə biz də unudulacağıq" deyə, açıqlamasında qeyd edib.
Müğənni Elvin Abdullayev "Həyatını həm musiqiyə, həm də təhsilə bağlayıb. Regionlardan belə onunla vidalaşmağa insanlar gəlib. Vaxtsız ölümlər məni narahat edir. Aygün heç vaxt efirə can atan olmayıb. Ancaq sənət nümayiş etdirib" deyə, açıqlamasında bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub - (Yenilənib)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir





