Şou-biznes

Təyyarə qəzasında ölən aktyorun həyat yoldaşı çiçək əvəzinə görün nə istədi

8 Yanvar 2024 09:43
Baxış: 1 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki qızı ilə birlikdə təyyarə qəzasında dünyasını dəyişən aktyor Kristian Oliverin keçmiş həyat yoldaşı Cessika Klepser onun ölümünə münasibət bildirib. O bu barədə sosial şəbəkə hesabında yazıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Sevimli ailə üzvlərimizin həyatına son qoyan 2024-cü il yanvarın 4-də baş vermiş faciəvi təyyarə qəzası bizi dərindən kədərləndirdi. Qızlarımız Madita (12) və Annik (10) ataları Kristianla Karib dənizindəki tətildən qayıdarkən, səyahət etdikləri təyyarənin mühərrikində nasazlıq yaranıb və o, okeana düşüb", - deyə  mətndə bildirilir.

Hadisə ilə əlaqədar Oliverin ailəsi onlara hörmətlə yanaşmağı istəyib. Başsağlığı bildirmək istəyənlərə isə çiçək əvəzinə onlayn xidmət vasitəsilə ianə etmələri təklif olunub.

Qeyd edək ki, Kristian və Cessika 2021-ci ildə boşanıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.