“Arşın mal alan” operettası Çini necə fəth etdi? - Baş rejissor danışdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin əsərləri bir çox dünya ölkələrində səhnələşdirilir. "Arşın mal alan" tamaşasının şöhrəti isə daha böyükdür. Hətta Çində bu tamaşa öz ölkəsinin aktyorlarının ifasında nümayiş etdirilib.
Çinlilərin "Arşın mal alan" tamaşasını sevməsinin əsas səbəbi nədir?
Milli.Az bildirir ki, moderator.az-a açıqlama verən Əməkdar İncəsənət xadimi Hafiz Quliyev bildirib ki, "Arşın mal alan" operettası dünyanın 90-dan çox ölkəsində səhnəyə qoyulub. Ən maraqla qarşılananı isə əlbəttə ki, Çin olub.
"Dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası dünyanın əksər ölkələrində nümayiş etdirilib. Bu filmin Çində məşhur olmasının isə maraqlı tarixçəsi var. 1945-ci ildə çəkilən "Arşın mal alan" filmi dünyanın 140 ölkəsində nümayiş olunur. Elə həmin ildə də filmi Çinin lideri Mal Tszedun izləyir. Film o qədər xoşuna gəlir ki, baş rol - Əsgər bəyi oynayan Rəşid Behbudovu Çinə dəvət edir. Filmin uğurunu görən Mal Tszedun həmin filmin Çin versiyasını çəkmək haqda göstəriş verir. 1952-ci ildə "Örtük altında məhəbbət" filmi ekranlara çıxır. Çində bu əsər əslində 1956-cı ildə səhnəyə qoyulmuşdu. Çin rejissoru tərəfindən. O vaxt bu tamaşa çox populyarlıq qazandı. Fikir də ordan yaranıb ki, bu əsər yenidən səhnələşdirilsin, bu dəfə də Azərbaycan rejissoru dəvət olunsun. Məni Çinə dəvət etdilər. 1956-cı ildə qoyulan tamaşanın bir neçə aktyoru hələ sağ idi. Biz tərcüməçi vasitəsilə məşqlər edirdik. Çox qəribədir, 21 yaşında çinli aktrisa Gülçöhrəni oynayırdı. Məşq edirdik, deyirdi ki, "olar qalıb iki-üç saat bir az da artıq məşq edək?". Tamaşaya da vurğunluğu var idi. Çin teatr məktəbi tamam fərqlidir. Onlar simvollarla işləyirlər. Çin aktyorlarının bu tamaşaya, musiqiyə vurğunluğunu bir daha hiss etdim. Başqa tamaşaların məşqlərindən çıxıb bu tamaşanın məşqinə gəlirdilər. Bu musiqidə qəribə nəsə var ki, insanları özünə çəkir. Üzeyir Hacıbəyli Azərbaycan millətinin ruhunu gözəl bilirdi, o bu ruhu musiqiyə köçürə bilmişdi. Oturub məşq edirdik, birdən gördüm bir nəfər içəri girib dedi ki, "salam Rəşid Behbudov". Hamı qalxdı ayağa, sən demə 1956-cı ildə baş rolu oynayan aktyor idi. Dedilər, biz sevindik ki, tamaşanı yenidən səhnələşdirirsiniz. Tamaşa Çin tərəfindən sonra Beynəlxalq festivallarda nümayiş etdirildi. Təəccüblüdür. Təkcə Pekində 70-80 teatr var, hər gün nə qədər tamaşa səhnələşdirilir, amma onlar festivala bu tamaşanı göndərdilər. Tamaşa onlara gəlir gətirdi, mənə zəng edib təşəkkür etdilər. Üzeyir Hacıbəylinin musiqisi bütün dünyanı zəbt edə bilir", - deyə sənətçi bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





