“Afaq Aslan, Səmra kimilər bizi içimizdən yeyir...” – Xalq artisti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az bizim media-nın hazırladığı müsahibəni təqdim edir
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Türkiyədə tanınmış sosial media fenomeni Gizem Bağdaçiçek və daha bir neçə qadın açıq-saçıq paylaşımlarına görə məsuliyyətə cəlb olunub.
Qardaş ölkənin atdığı addım Azərbaycanda da rəğbətlə qarşılanıb. Heç təsadüfi deyil ki, son illər bizim də "sosial media fenomenləri", "modellər" və "müğənnilər" sosial şəbəkələrdə davamlı olaraq lüt şəkillərini paylaşır, efirlərə yarıçılpaq şəkildə çıxırlar. Belə hallar hər zaman qınaqla qarşılansa da nəticə çıxaran yoxdur, Afaq Aslan, Səmra Hüseynova kimilər yenə də gündəmə ancaq soyunmaqları ilə gəlirlər.
Bəs, belələrinə qarşı bizdə hansı tədbirlər görülməlidir?
Sualın cavabı üçün Xalq artisti Əbdül Mahmudovla həmsöhbət olduq.
O, açıqlamasında bildirib ki, bütün bəlalarımızın səbəbi laqeyidliyimizdir:
"Ətrafımızda baş verənlərə çox biganə olmuşuq. Bundan istifadə edən pul hərisləri də min bir oyundan çıxırlar. Çox təəssüf ki, çoxlarımız cəmiyyətdə baş verən neqativ proseslərə çox biganə yanaşırıq. Bəzənsə həmin biabırçılıq trendinə qoşuluruq. Nədi-nədi populyar olacağıq, pul qazanacağıq.
Problemin digər səbəbi televiziyalardır. Bizim televiziyalar iki şeyə xidmət edir. Birincisi, lüt qadınları və saqqalı gədələri təbliğ edirlər. İkincisi də şou əhli istehsal edirlər. Mənim kimi neçə Xalq artisti var ki, aylarla efirlərdə görünmür. Amma baxırsan ki, televiziyalar dünənki uşağa 2 saat efir verir. Savadı, sənəti olmayanlar da 2 saatda nə etməlidir ki?! Təbii ki, orasını-bursını göstərməlidir. Gündə efirə bir lüt qadın çıxardırlar. Adına da model deyirlər. Soruşan yoxdur ki, bu hansı dəfilə gecəsidir? Kim bunları model seçib?!".
Xalq artisti problemin həlli üçün özünün təklifini də söylədi:
"Mən qardaş Türkiyədə atılan addımı alqışlayıram. Bizdə də efirlərdə soyunanları, pornoqrafik şəkillərini sosial şəbəkələrdə paylaşılanları ən ağır şəkildə cəzalandırmaq lazımdır. Çünki, Afaq Aslan, Səmra Hüseynova kimilər tanıdığımız düşməndən daha qorxuludur. Onlar bizi içimizdən yeyib, məhv edir. Belələrinə qarşı ən qısa zamanda sərt tədbirlər görülməlidir. Sonra gec olacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





