“Xanlarovanı müzakirə edəcək miqyasda deyilsiniz”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Mehriban Xanlarova, son günlər sosial şəbəkələrdə bibisi, Xalq artisti Zeynəb Xanlarova haqda yazılanlara etiraz edib.
Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçinin illər əvvəlki çıxışını paylaşaraq fikirlərini bildirib. Videoda Xanlarova Milli Məclisdə uşaq pulunun ləğv edilməsi ilə bağlı çıxış etdiyini iddia edənlərə cavab verib.
Bu çıxışla bibisinin deputat olduğu zamanlarda heç vaxt uşaq pulun kəsilməsinin tərəfdarı olmadığını qeyd edən aktrisa bunları yazıb:
"Son günlərdir Zeynəb Xanlarovanın AzTV-nin Yeni il konsertindəki çıxışını sosial şəbəkələrdə cahillər və sarı media üzvləri tənqid edərək, müzakirə obyektinə çevriblər. Həmin cahillərə demək istəyirəm ki, Zeynəb xanımın illər öncə verdiyi müsahibəyə diqqətlə qulaq asın! Sizin intellektual səviyyəniz dünya şöhrətli sənətkarın sənətini müzakirə edə biləcək çapda deyil! Zeynəb Xanlarovaya dil uzatmaq, Azərbaycan mədəniyyətinə, incəsənətinə dil uzatmaq deməkdir! Siz internetsiz dövrdə öz səsi ilə Azərbaycanı bütün dünyada təmsil edən və tanıdan fateh sənətkarı tənqid edirsiz? Gözlərinizi açın, başqa ölkələr öz sənətkarlarına necə hörmət qoyur görün!
Qardaş ölkə Türkiyədə Zeki Mürenə "paşa", Bülent Ersoya "diva", İbrahim Tatlısesə "imperator" deyirlər. Gedin arxivi araşdırın və öyrənin ki, SSRİ prezidenti Mixail Qorbaçov Zeynəb Xanlarovaya "Sosialist Əməyi Qəhrəmanı adı" verməkdən niyə imtina edib. Çünki 1990-cı il 20 Yanvar hadisəsi törədiləndən sonra Zeynəb Xanlarova SSRİ hökumətinə meydan tribunasından etiraz edərək, ölkə rəhbəri Mixail Qorbaçova "ölüm!" deyib və SSRİ prezidenti Mixail Qorbaçovun ünvanına sərt bir məktub yazıb. Birini də "Komsomolskaya Pravda" qəzetinə göndərib. Bu, o vaxt idi ki, Zeynəb xanıma "Sosialist Əməyi Qəhrəmanı" fəxri adı verilməsi haqqında fərman Qorbaçovun masasının üstündə idi. Bircə imza atmağı qalmışdı. Zeynəb xanımın yazısını oxuyandan sonra həmin fərmanı kənara tullayıb demişdi: "Eto ta narodnaya artistka SSSR Zeynab Xanlarova? Posle etoqo pisma yey ne polojeno eto poçetnoe zvaniy "Qeroy Sosialistiçeskoqo Truda". (Bu həmin SSRİ Xalq Artisti Zeynəb Xanlarovadır? Belə məktubdan sonra ona "Sosialist Əməyi Qəhrəmanı" fəxri adı düşmür). Zeynəb xanım da demişdi ki, cəhənnəmə versin! Mən elə Zeynəbəm, Zeynəb kimi qalmağım mənə bəs edər! Zeyneb Xanlarova Milli məclisdə heç vaxt xalqının əleyhinə söz deməyib! Düşmənləri onun əl çatmaz olmağından istifadə edərək, haqqında bir çox yalanlar və böhtanlar yayıb. Çünki bilirdilər Zeynəb xanım tez-tez müsahibələr vermir, televiziya kanallarına çıxmır. Zeynəb Xanlarova mədəniyyətimizin nəhəng daşıdır və yel qaydan heç nə apara bilməz!".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





