Röya OD PÜSKÜRDÜ: “Sən mənə cavab verə bilməyəcəksən!”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Röya Ayxan onun adını qalmaqala çəkən simalardan danışıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, estrada ulduzu bu barədə "Xəbərin var" proqramında söz açıb. Sənətçi onun adını çəkmədən ünvanına söz atanlara da cavab verib:
"İlin sonunda maraqlı qalmaqallar baş verir. Biri var, ancaq mənimlə bağlı paylaşımlar edir. Elə bilir, kimisə öyrətmişəm ki, efirdə onun haqda danışsın. O qədər ağılsızlıqdır ki. O adamı öyrədərəm ki, çıxıb məni tərifləsin. Səndən niyə danışsın? Mən belə iş görərəm. Sənə özümü təriflətdirərəm. Niyə deyim ki, çıx get filankəsə belə sözlər de, dəli olsun. Niyə? Mən aslanam. Aslan heç vaxt kənardan pişik kimi gəzməz. Heç vaxt çoxdan tanıyıb sevdiklərimlə də işim olmaz. Sevdiyim, hörmət etdiyim sənətçilər var. İllərdir görmədiklərim də çoxdur. O demək deyil ki, görmürəmsə, onlar mənə düşmən kəsilməlidir. Bunlarda maraqlı bir şey var, sanki Röya onlarla oturub-durmayanda pis olur. Mənim də oturub-durmaq istədiyim insanlar var da. Evimə hər zaman gələn adamlar gəlir. Arada haradasa təsadüfən toplanırıq. Məsələn, çəkilişdəyik, evə zəng edirəm ki, nə bişirmisiz? Deyirlər, maraqlı yemək. Onda deyirəm, getdik bizə. Biz evdə 3 nəfərik, ruzini bölmək lazımdır. Həm də evimizə yox, restoranımıza gəlirlər. Bizə gələnlərin bəlkə 5 faizi evin içini görüb".
Xalq artisti həmçinin münasibətlərinin yaxşı olduğu Səidə Sultan və Əminə Şirinin qalmaqalına da münasibət bildirib. O deyib ki, Səidənin indi Elnarə ilə də problemi mövcuddur:
"Yəqin ki, burada bir anlaşılmazlıq var. Məsələn, Səidədən danışırsız. Onun da Elnarə ilə problemi var. Elnarə elə bilir ki, mən onu öyrədirəm. Elnarənin işi-gücü ancaq mənəm. İnstaqramını mənə həsr etmisənsə, aslan kimi adamam, ver idarə edim, hesabını qaldırım. Nə qədər izləyici gətirərəm sənə. Onları fikirləşmədən öncə ağlına gətir ki, bu Röyadır. Həyatda hər şeyi öz hörmətinə qazanan bir qızdır. Heç kim deyə bilməz ki, kiminsə toyuğuna "kış" demişəm. Necə fikirləşə bilərsiz ki, kimisə evimə dəvət edirəm, ya da gedirəm onun evinə, deyirəm, çıxıb söyləcəyəcəksən, belə danışacaqsan. Əksinə birgə əyləşəndə də icazə vermirəm ki, kiminsə haqqında danışılsın. Biri gəlib desin ki, biz Röyanın evinə yığışıb kimdənsə nəsə danışmışıq. Heç halları olmur. O qədər yeyib-içirlər ki, evə meyitlərini aparırlar. Səidə də çılğın qızdır. O, heç mənə indiyə qədər cavab verə bilməyib ki, niyə qalmaqal yaşadıq. Məndən şübhələnirsizsə, hələ tapa bilmirəm ki, mənimlə problem nəydi. Sənə də vaxt çatacaq, sən də mənə cavab verə bilməyəcəksən, gözəl".
Aparıcı İsa Şükürovun Səidə ilə qalmaqala oxşar geyimin səbəb olması fikrinə cavab olaraq estrada ulduzu bunları deyib:
"Axşam mənimlə deyib-güləsən, səhər nəsə deyəsən. Olmaz idi. Allah hamının günahından keçsin. İçində mən qarışıq. Mənim isə günahım odur ki, daxildən çox xoşbəxt adamam".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)





