"Mən heç kimin ailəsini dağıtmamışam"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Aysel Əlizadə media nümayəndələri ilə görüşüb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarında yaşanan məhkəmə hadisəsindən danışıb. O bildirib ki, "Səni axtarıram" proqramında onunla bağlı xəbər yayılmazdan əvvəl ona zəng edilməyib və fikir soruşulmayıb:
"Nə mesaj, nə zəng olub. Verilişdə hadisələr yaşanandan, adım hallanandan və reytinq alınandan sonra mənə zəng gəldi. Mən də o zaman cavab vermədim. Mənə yaxşılıq etmək istəyən insan əvvəldən zəng vurardı. Əgər belə səhvə addım atmışamsa, çəkərdi kənara deyərdi, etmə, səhvdir. Haradasa köməklik etməyə çalışardı. Amma tam əksi oldu. Məhkəmədə heç vaxt iştirak etməmişəm. Vəkillər yer alıblar. Bir neçə prosessdən sonra Turanə xanımın da vəkili olmayıb, tək gəlib. Verilişdə deyilir, guya onun arxasında dayanılıb. Heç biri olmayıb. Mən həmin vaxt "Xəzər" telekanalının rəhbərliyini də (həmin ərəfədə telekanalın rəhbəri Şamxal Həsəni - red.) məhkəməyə vermişdim. Rəhbərlik dəyişəndən sonra (hazırda telekanalın rəhbəri Xalq artisti Murad Dadaşovdur - red.) şikayətimi geri götürdüm".
Aysel bildirib ki, adı eşq iddialarında hallanan iş adamı Elçininin həyat yoldaşı Turanə Nəcəfli məhkəməyə vəkilsiz qatılıb:
"Bu xanım 2 ildir boşanıb və sonra gedib verilişə. Boşanmağın səbəbkarı mən idimsə, yəqin o şəxslə ailə qurardım, indi övladım olardı. Mən kiminsə ailəsinin dağılmasına səbəb olmamışam. Bu, mülk üzərində qurulmuş məsələdir. Orada deyilir uşaqlar bahalı məktəblərdə oxuyur. Uşaqlar elə bahalı məktəbdə indi də oxuyur. Ortada biri reytinq, digəri ev qazandı. Mənim adım ortada getdi. Adıma söz çıxartdılar ki, mənim dayım hakim olub və yardım edib. Əgər arxamda kimsə olsaydı bu mövzu bu gün efirdə olmazdı. Mənim dayımın hakim olduğu məhkəmədə Xoşqədəm Hidayətqızı Nazilə Səfərliyə qalib gəldi. Dayım olsaydı, arxamda kimsə dayansaydı, məsələ 4 il uzanmazdı".
Qeyd edək ki, Xoşqədəm Hidayətqızının verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri Elçin Nəcəfovla münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı "Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm..." kimi fikirlər səsləndirib.
Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın dediklərini şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb. İddia 4 il ərzində müxtəlif instansiya məhkəmələrində mübahisələndirilib, bu günlərdə isə Ali Məhkəmədə yekun qərar çıxarılıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 2 min manat təzminat ödəməlidir. O, eyni zamanda üzr istəməli və dediklərini təkzib etməlidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





