Cavanşir gizlinləri açdı: “Qanı qanımdan, canı canımdadır" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Flora Kərimova Azərbaycan estradasının ünvanıdır. O, elə-obaya, xalqına bağlı insandır. Qanı qanımdan, canı canımdadır. Flora xanımın insaniyyətdiyi var. O, məni iki dəfə həbsdən qurtarıb. Bu sənətə gəlməyimdə rəhmətlik bibimin çox böyük rolu olub. Söhbət Flora xanımın anası Zümrüd xanımdan gedir. O, elə bil ki, mənim bel sütunum idi".
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "O üz" verilişinə müsahibəsində deyib.
Sənətkar bibisı qızı, Xalq artisti Flora Kərimova ilə münasibətlərindən söz açıb:
"Flora xanım, sənin ağır günlərində yanında olmuşam. Səhnələrə buraxılmayan vaxtlarında ortaya çıxmışam. Bu günkü Cavanşir adını edən özüm olmuşam. Heç bir qadının qoltuğunda gəzməmişəm".
Məmmədov bildirib ki, Kərimovanı oğlunun toyuna düşmən olduğu mərhum Xalq artisti İlhamə Quliyevaya görə çağırmayıbmış:
"Mən Flora Kərimovanı oğlumun toyuna dəvət edə bilmədim. İlhamə Quliyeva dedi ki, toyda mən filan yerdə oturacağam. Flora xanım orada olsaydı, qorxdum ki, davaları düşəcək. Ona görə, Flora Kərimovanı toya dəvət edə bilmədim. Açıb dərdimi danışmamışam. Toyların birində yola getməmələrini gördüm. İndi mən necə dəvət edə bilərdim? İlhamə deyəcəkdi ki, mənə söz ver, danışım, Flora isə buna etiraz edərdi, deyərdi ki, ona söz vermə... Onun qabağını kim ala bilərdi? Flora da qızı Zümrüdə toy edəndə məni çağırmadı. Məclisi Elariz Məmmədoğlu idarə etdi. Məndən də soruşdular ki, bəs sən niyə qohumun toyunda oxumadın? Mən dəvət almayan yerə necə gedə bilərdim? Ürəyimdə çox söhbətlər var, amma onlar mənimlə birlikdə qəbrə gedəcək".
F.Kərimova qonaq olduğu verilişdə C.Məmmədovu çox istədiyini vurğulasa da, ancaq ondan incik küsdüyünü də gizlətməyib:
"Mən Cavanşiri çox istəyirdim. İndi də istəyirəm. Kökümüz birdir. Ona görə, çox əziyyət çəkmişəm. Bir kişi eləmədiyini mən ona etmişəm. Ancaq məni çağırmayanda (toyu nəzərdə tutur - red.) mən siyasətdə idim. Onda qohumlarım məndən qorxurdular, heç salam belə vermirdilər. Təqib olunan vaxtlarımda özüm insanlardan çəkilirdim ki, onları pis vəziyyətdə qoymayım.
Mən bilirdim ki, o evə getsəm, hər şeydən qorxacaq. Bilirdim ki, kimləsə müsbət belə danışsam, onun üçün pis olacaq. Çünki bunu mən demişəm. Dayı oğlu... Özü də ən çox sevdiyim insan. Qucağımda böyüyən bir insan məndən çəkinəndə və mənim ünvanıma deyəndə ki, "O hara, siyasət hara...".
Əgər bu insan təhlükəsizliyindən qorxursa, necə yaxınlaşardım? O hərbi xidmətdə olanda onun yerləşdiyi yerə gecə saat 3-4 idi, qaranlıqda tanımaya-tanımaya, soruşa-soruşa özümü ora yetirdim çünki onu həyatım qədər sevirdim.
Belə bibi qızıya belə bir münasibət olmamalı idi. Dedi ki, iki dəfə onu həbsdən qurtarmışam. Çox təəccübləndim ki, bunu o dilinə gətirdi. Çünki o hər zaman bu mövzudan qaçırdı. Nə qədər insanları başa düşüm? Mənim həyatım bax belə keçib. Digər insanın təqsirini də öz boynuma götürmüşəm. Pislik eləməməyin özü yaxşılıqdır. Amma bunlardan hər zaman pislik görmüşəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb - (Video)
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir - (Video)
-
Prezident İlham Əliyev: Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik - (Video)





