Şou-biznes

Əbdül Xalid - Bu uşaqlar atalarından sillə yeməlidir - VİDEO

24 Dekabr 2023 18:31
Baxış: 1 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Oğlan uşağı atasının silləsini yeməlidir".

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Əbdül Xalid qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.

Sənətçi  bildirib ki, oğlan uşaqları düzgün tərbiyə alsın deyə, valideyni tərəfindən şiddət görməlidir:

"Bu, mənim şəxsi yanaşmamdır. Bir mənalı şəkildə oğlan uşağı atasından çəkinməlidir. Atanın zəhmini yaradan isə anadır. Bu zəhm olmasa... Uşağın evdə, məktəbdə üstünə qışqırma... Müəllim məktəbdə uşağın qulağını çəkir, onu işdən çıxardırlar. Mən bu cür məsələlərin əleyhinəyəm. 12-13 yaşlı uşaqlara rast gəlirsən, görürsən ki, tərbiyəsi yoxdur. Nə danışığını, nə böyük nə də ki, kiçik yeri bilir.

Öz uşağımı vurmamışam, çünki o, qız övladıdır. Bacım oğlunu vurmuşam. Oğlan uşağının dəcəlliyi olmalıdır. Bu, mütləqdir!".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.