Rəvan Qarayev: “Bəlkə üçüncü dəfə evləndim” – VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Xanımımla qərara aldıq ki, boşanmalıyıq. Amma münasibətlərimiz yaxşıdır. Onlar məndən nə istəyirlərsə, mən onu edirəm. Uşaqlarıma baxıram, bundan sonra da baxacağam. Valideynlər boşanırsa, övladların bu işdə günahı yoxdur. Ata üçün ən yaxın olan qız uşaqları olur. O, sənə fəxrlə baxır. Uşaqlarıma ona görə baxıram ki, qocalanda mənə baxsınlar. Mən onları həqiqətən də çox istəyirəm. Əminəm ki, hər bir ata öz uşağını çox istəyir. Sadəcə ata var ki, ailəsinə baxır, eləsi də var ki, baxmır. Heç ailəsi ilə maraqlanmır..."
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Rəvan Qarayev qonaq olduğu "Günə son" ictimai-sosial verilişində deyib.
Jurnalistin "Bəlkə valideynlərinizlə yaşasaydınız, boşanmazdınız?" sualına Rəvan etiraz edib:
"Onun heç bir aidiyyatı yoxdur. Çünki onlar heç zaman işimə qarışmayıblar. Ailə quranda da qarışmayıblar. Sadəcə tale, bəxt belə gətirdi. Şou-biznesdə elə sənətçilər var ki, 3-4 dəfə ailə qurub, boşanıb, amma sizin bundan heç xəbəriniz belə yoxdur. Mən özüm onlardan 5-6-sını tanıyıram. Amma siz elə bilirsiniz ki, onlar cəmi bir dəfə ailə qurub və boşanıb. Kim istəyər ki, kimsə bilsin ki, onun ailəsi dağılıb. Şəxsən mən də istərdim ki, bu haqda heç kim xəbər tutmasın. Mən də gizlətməyə çalışardım. Amma əsas odur ki, mən yaxşı atayam. Valideynlər ayrılanda gərək, bundan uşaqlar əziyyət çəkməsin. Boşanmaq sözü biraz ağırdır. Ayrı yaşamaq daha yaxşıdır. Elə ailələr var ki, gecə-gündüz savaşırlar. Bundan isə uşağın bütün psixologiyası pozulur. Belə olmaz!".
İki dəfə ailə quran Rəvan boşanmasının səbəblərini açıqlayıb:
"Mənim boşanmağıma səbəb xanımımla fikirlərimizin düzgün gəlməməsi olub. Ümumi illər boyunca yığılan problemlər ayrı yaşamağa gətirib çıxarır. Konkret bir məsələ yoxdur ki, tutum ondan ve deyim ki, bu səbəbə görə boşandım. Hər şey damla-damla oldu. Artıq gölə çevriləndə bu hadisələr baş verir. Anam çalışıb ki, hər zaman ailəmdə vəziyyət yaxşı olsun. Mənim hər iki həyat yoldaşım yaxşı insan olub. Sözə baxmamaq olmayıb. Necə onlar, eləcə də mən onlardan razıyam".
Müğənni haqqında gəzən "həkim xanımla eşq yaşayır" xəbərlərini yalanlayıb:
"Açıqlamalarımda yenidən ailə quracağım haqda demişəm ki, heç vaxt. Amma indi anlayıram ki, heç vaxt heç vaxt demə... Ola bilər ki, yaşım artdıqca, qocalanda bəlkə yenidən bu haqda fikirləşdim və yenidən ailə qurdum. Şayiələr var ki, guya mən həkim xanımla münasibətdəyəm. Amma belə bir şey yoxdur. Bəlkə də var... Amma artıq bu haqda danışmaq istəmirəm. Düşər-düşməzi var. Amma fikrim var ki, bundan sonra yalnız anamla yaşayım"
Qeyd edək ki, R.Qarayevin ilk evlilikdən 15 yaşında Ayan adlı qızı var. Müğənninin Günya Rəhimova adlı xanımla evliliyi isə beş il sürüb və bu nikahdan onların 10 yaşlı Xalidə adlı qız övladları var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





