Firəngiz Mütəllimova: "Bütün qızlar onu sevirdi..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mən Ramiz Məliki ilk dəfə Şuşada görmüşəm".
Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova Xalq artisti Ramiz Məliklə bağlı xatirələrindən danışarkən deyib.
Aktrisa Ramiz Məliki "O qızı tapın" filimindən tanıdığını deyib:
"Məşhur insan idi. Həm də çox yaraşıqlı idi. Bütün qızlar onu sevirdi, ona vurulmuşdu. Onu ilk gördüyümdə elə sevinirdim ki. Gözlərimə inanmırdım. Ramiz bizim nəzərimizdə bir əfsanə idi. Yaxşı xatirimdədir, aktyorlarla görüş idi. Bizə qızıl gül vermişdilər, demişdilər ki, kimə ürəyin istəyirsən ver. Mən də gülü aparıb Ramiz Məlikə verdim. Dedim ki, mən də aktrisa olmaq istəyirəm. Baxdı və güldü, dedi ki, "gözəl qızsan, aktrisa da olacaqsan".
Firəngiz Mütəllimova Ramiz Məliklə bir çox tamaşada tərəf müqabili olduğunu bildirib:
"Yad qadının məktubu" tamaşasında da onunla tərəf müqabili olmuşuq, son müştərək tamaşalarımızdan idi. Həyatda kübar və mədəni idi, gözəl səsi var idi, şux da yerişi, nümunəvi bir aktyor, qayğıkeş bir insan idi. Bir qədər çılğın xarakteri var idi, amma o qədər mehriban idi ki... Qəhər məni boğur, danışmaq çətindir. Allah rəhmət eləsin. Elə insanlar var ki, onları heç kim əvəz edə bilmir. Bu gün Yaşar Nuri də həyatda yoxdur, amma mənim üçün yaşayır. Eləcə də Ramiz Məlik. Nə qədər sağam, onlar qəlbimdə yaşayacaq".
Qeyd edək ki, Ramiz Məlik bu gün vəfat edib. Xalq artisti II Fəxri xiyabanda dəfn edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





