"Ledi Qaqa bu obrazları məndən götürmüşdü"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Zəlzələ olmuşdu, mən Yazıçılar Birliyinə üzv seçiləndə vəlvələ oldu. İndi isə şou-biznesdə, sənətdə sünamidir. Müğənnilər hərfləri düzgün, yerində tələffüz edə bilmir. Əsas da "Ç" və "K" hərfləri çatışmır. Bu sənətdə lazımlı amildir. Oxumaqları da yoxdur, üstəlik də gələcək nəsli pozurlar. Çünki mahnı, musiqi böyük qüvvədir. Sənəti uçurumdan qorumalıyıq".
Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib.
O daha sonra efirlərdəki verilişlərdən danışıb.
"Bəzi bir çox verilişlər var ki, qızların üzünü çoxdan açıb. Hamının evində övlad böyüyür. Ciddi senzura olmalıdır. Necə ki, dövlət kanallarına sosial media fenomenləri buraxılmır, eləcə də bütün özəl kanallara da dəvət etməsinlər. Telekanal rəhbəri olsaydım o fenomenləri "abrabotka" edib, sonra efirə icazə verərdim" deyə müğənni bildirib.
Müğənni sənətə gəldiyi ilk illəri də xatırlayıb.
"Sənət insanları fədaidirlər. Biri var fədailər, biri də var sənətdən pul qazananlar. Bu gün də kimsə qeyri-adi şəkil paylaşanda şərhlərdə yazırlar ki, "deyəsən Elza Seyidcahan olmaq istəyirsən". Dünən Elza Seyidcahanı bəyənmirdiniz, bu gün onu təkrarlayırsız! Camaatın gördüyü 1986-cı ildən Elza idi, 1996-cı ildən Elza Seyidcahan kimi efirlərə çıxdım. Heç bəlkə də o vaxt Ledi Qaqa yox idi. Məni qınayırdılar. Bəlkə də o bu obrazları məndən götürmüşdü. Mən keçmişimdən utanmıram. Elza Seyidcahanın həyatı çoxmərtəbəli binanın, çoxuncu mərtəbəsinə bənzəyən ömür filminin təməllərindəndir. Min bir dəfə məndən yazıblar, bu gün də yazırlar" deyə sənətçi bildirib.
Müğənni bildirib ki, sənətçilər, ələlxüsus da bəstəkarlar üçün yaradıcılıq evləri olmalıdır.
"Sənətkar əsər yazmaq üçün qayğılardan uzaq olmalıdır. Öz dünyasında olmalıdır ki, bəstəkarın bəstəsi, rəssamı rəsmi alınsın. Zuğulbada yaradıcılıq evləri var, amma orada daha çox məmurlar istirahət edir, yaradıcı insanlar yox. İlhamə Quliyeva ömrünün sonuna qədər həmin yaradıcılıq evində qalırdı. Bəlkə bu günkü gündə də var, amma bizi axtarmırlar" deyə sənətçi bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





