“Onsuz da Zaur, Xoşqədəm insanları ağladır, səhərin gözü açılmamış...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az tanınmış teleaparıcı, prodüser Tarix Əliyevin (Tolik) Yenisabah.az-a müsahibəsini təqdim edir:
- Son günlər yaxınlarını itirən məşhurların efirə çağırılaraq verilişdə ağladılması dəb halını alıb. Hazırda bu "ənənə" avtomobil qəzasında 9 yaşlı nəvəsini itirən Cığatel İsaqızı üzərindən davam etdirilir. Sizcə, bu nə dərəcədə düzgündür?
- Yaxınlarını itirən məşhurların efirə çıxarılması son günlərin hadisəsi deyil, bu lap əvvəldən belə olub. Və bu "ənənəni" ölkəyə gətirən dostumuz, gözəl aparıcı Nanə Ağamalıyeva olub. O, illərlə ATV telekanalında hər gün ekrana ölən adamın şəkillərini, qəbrini, onların yaxınlarını çıxararaq insanları səhər tezdən ağladıb. İndi Nanə xanım gedib və onun yerinə bəzi verilişlər gəlib. Mənim Cığatel xanıma dünəndən çox yazığım gəlir, o, nəvəsini itirib və onun nəvəsini öldürən qazi idi. Həmin qazi mənim vaxtilə telefon hədiyyə etdiyim şəxs idi. O ailənin dərdi bir yana, Cığatel xanımın dərdi bir yana...
Cığatel İsaqızı pulu toylardan, el şənliklərindən qazanır. Hər gün onu efirə çıxarıb ağlatmaq, sonra da gecə toylara getməyi nə qədər düzgündür? Böyük sənətkarlarımızın, şəhidlərimizin, Ulu Öndərimizin müəyyən günlərdə yad edilməsi başa düşüləndir, amma müğənnini hər dəfə efirə çıxarıb ölən yaxınını xatırlatmaq nəyə lazımdır?
Yazıq İbrahim Borçalının övladı 3 ildir ki, dünyasını dəyişib, amma indiyə qədər efirə çağırıb oğlunun şəklini göstərir, onu ağladırlar. Çünki bu aparıcıların başqa bir yenilik etmək üçün istedadı yoxdur.
Zaur Nəbioğlunu başa düşürəm, o, Cığatel xanımla dostdur, 4-5 ay aradan sonra ilk dəfə onu verilişinə çağırdı, onunla birlikdə gedib nəvəsinin qəbrini ziyarət etdi, tamaşaçılara da göstərdi. Bununla da söhbət bitdi. Amma bundan sonra hamı bir-bir Cığateli efirinə çağırdı, bundan sonra da çağıracaq, ağladacaq, sonra da saytlara göndərəcək ki, yayımlayın. Niyə axı? Niyə bu insanların dərdi üzərindən oynayırsınız?!
İnsanları səhər tezdən ağlatmaq nəyə lazımdır? Onsuz da günorta Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Amil Xəlil, Lalə Azərtaş insanları ağladır. Səhərin gözü açılandan siz də insanları niyə ağladırsınız?
- Bu məsələdə günah kimdədir?
- Mən günahı Azərbaycan Respublikası Audiovizual Şurasında görürəm. Onlar insanların zəif nöqtəsindən vuran, onları yazıq kimi göstərən, ağladan proqramlara qadağa qoymalıdır. Necə olur ki, reklamı 3 dəqiqədən artıq oxuyanda kanala cərimə yazdıra bilirlər, amma bu proqramları qadağan edə bilmirlər?! Çünki reklamda pul var.
- Cığatel İsaqızı bilir ki, onu efirə dəvət edən aparıcı bu mövzudan danışıb reytinq yığmaq üçün çağırır, o zaman niyə bunu qəbul edir?
- Cığatel xanım bunu bilir, amma aparıcıya necə desin ki, mən efirə gəlirəm, amma nəvəmdən danışmayın. Aparıcının da bir insafı olar da! Nəvədən bir mahnı oxunan kimi dərhal qəbrin şəklini ekranda göstərirlər. Bunu görən nənə ağlamaz? Ağlamasa da yazığa deyəcəklər ki, nəvəsi ölüb gözündən bir damcı yaş gəlmir.
Nazilə Səfərli də bu haqda sosial şəbəkə hesabında bir açıqlama verib, çox haqlıdır, onu dəstəkləyirəm.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





