Ayan trenddə olan müğənniləri biabr etdi: “Onlar nə şou göstərəcəklər?!” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Ayan Babakişiyeva həmkarları ilə bağlı sərt açıqlamalar verib.
Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. Sənətçi deyib ki, estrada ilə toy müğənnilərini qarışdırmaq olmaz:
"Estrada ilə digər ifaçıları qarışdırmaq lazım deyil. İstəyirlər incisinlər, istəyirlər yox. Yutubda bir mahnını 5-10 min verib trend etmək bizim səviyyədə deyil. Mənə də deyirlər, gəl, mahnını trend edək, səhifəni 2-3 milyona qaldıraq. Özümü niyə aldadım? Bizim klip təqdimatımıza Aygün Kazımova, Faiq Ağayev gəlib. O müğənnilər isə el şənliklərində iştirak ediblər. Sonradan kommersiya xarakterli verilişlər açılıb, onlar orada oxuyublar. Mən kliplərim üçün pul xərcləmişəm, sənətimə sərmayə qoymuşam. Efirə pul verib çıxmamışam.
Sənətdə ilk səhnəm Heydər Əliyev adına Sarayda olub, məni Aygün Kazımova ilə Murad Dadaşov təqdim edib. Düşünmürəm ki, o müğənnilər həmin səhnədə elə təqdim olunublar. Şou-biznes başqa şeydi, tanınmaq başqa. Ola bilər ki, biznesdədir. Məclis müğənnisi toy mahnısı ifa edib. Bu deməkdir ki, şou göstərib? Bəs, bizim bahalı işlərimiz?! Biz şou göstəririk, onlar isə biznesdir. Ucuz mahnılarla. Mənə trend deməyin, trend pulladır. Onlar şou-biznesə yox, biznesə aiddir. Toy və şou biznesi ayrıdır. Onları aşağılamıram, hörmətim var, gözəl insandılar, özləri, öz məclisləri üçün sənətçidilər. "6/8" ölçüsündə oxuyub nə şou göstərəcəklər? Sənəti bu qədər uculaşdırmayın. Bir var ki, estrada müğənnisi bir sözü ilə manşet olur. Amma onlarda o ona söz atır, bu ona. O deyir bu mənim mahnımdır. Bir bəstəkar mahnı yazır, 5 müğənni oxuyur. Mahnı üstündə bir-birilərini qırırlar. Sonra keçirlər bir-birilərinin şəxsi həyatını müzakirə etməyə. Bunlar ucuz mövzulardır. Bunların şouya heç bir aidiyyəti yoxdur. Axırıncı layihəmi təqdim etdim, çəkildim kənara. Estrada müğənnilərini efirlər hamısı çağırır. Amma mən bilmədiyim, münasibətim olmayan insanlarla efirə çıxmıram. O A-dan danışacaq, mən B-dən. Fərqli dünyaların insanlarıyıq, mahnılara da başqa bucaqdan baxırıq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





