"Şounu biz göstəririk, amma biznes, yəni pulu onlar qazanır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün bəzi müğənnilərin beş-on min manat verib "YouTube"da mahnılarını yalandan "trend" etmələri, onların bizim səviyyəmizdə olması anlamına gəlmir. Bu gün mənə də təklif olunur ki, "gəlin, mahnınızı "trend" edək..." Mən özüm-özümü niyə aldadım? Bu gün mənə də deyirlər ki, "Instagram" sosial şəbəkəsindəki səhifənin izləyicilərinin sayını artıraq, iki-üç milyon izləyicisi olsun.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.
Sənətçi pulla mahnılarını "YouTube"da "trend"ə salan və efirlərdə populyarlaşdıran ifaçıları özü ilə bir səviyyədə görmədiyini bildirib:
"Mən klip təqdimatı edəndə, Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev kimi məşhurlar gəlib. "YouTube" mahnıları "trend" olan dediyiniz ifaçılar el şənliklərində, məclislərdə iştirak edən müğənnilər olublar. Sonradan efirdə kommersiya xarakterli verilişlər açılıb, onlar öz mahnılarını orada təqdim ediblər. Zamanında kliplərim və klip təqdimatlarım üçün müəyyən vəsaitlər xərcləmişəm, sənətimə sərmayə qoymuşam.
Amma heç vaxt pul verib efirə çıxmamışam. Kommersiya müğənnisi olmamışam. Mənim ilk dəfə səhnə çıxışım Heydər Əliyev Sarayında olub və məni Aygün Kazımova ilə Murad Dadaşov təqdim edib. Düşünmürəm ki, o müğənnilər o səhnədə elə təqdim olunublar. Şou-biznes başqa şeydir, müğənnilər, tanınmış insanlar isə başqadır.
Toy müğənnisi əgər toyda oxuyub pul qazanırsa, bu, onun şou göstərdiyi anlamına gəlmir. Bu, şou-biznes deyil. Mənə elə gəlir ki, şounu biz göstəririk, amma biznes, yəni pulu onlar qazanır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq





