Tahir İmanov: "Ona dəfələrlə deyirdim ki..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Niyə efirlərdə yoxuq? İstərdim ki, bu sualı ilk olaraq televiziya kanallarının rəhbərlərinə ünvanlayasınız. Əgər bu sualı mənə verirsinizsə, o zaman deyim ki, burada 3-4 variant cavab var. Səsləndirəcəyim cavabların arxasında müəyyən arqumentlər də var. Televiziya kanallarının rəhbərləri zənglərə cavab vermirlər. Azərbaycan Televiziyasının (AzTV)-nin rəhbəri Rövşən Məmmədov istisna olmaqla. Rövşən bəy zənglərimizə cavab versə də orada layihəmiz yoxdur.
Bir-iki layihə etməyi istədik, amma başa düşdüm ki, bunu etmək üçün televiziyanın gücü çatmadı. Söylədilər ki, kənardan sponsor tap.
İndi isə sponsor tapmaq çox çətin məsələdir. Cavablardan biri də kanallar bizimlə layihə etməyi istəmirlər. Daha bir cavab isə yəqin ki, yumorun etalonunun dəyişməsi ilə əlaqədardır. Yəqin ki, yüz faiz dəyişib. Bu səbəblərdən biz televiziyada yoxuq".
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Şən Hazırcavablar Klubunun üzvü, Əməkdar artist Tahir İmanov qonaq olduğu "YouTube"da yayımlanan "AStar" layihəsində deyib.
Sənətçi kanallarda verilişlərinin olmamasının səbəbini televiziya rəhbərlərinin onlara göstərdiyi yad münasibətlə əlaqələndirib:
"İctimai" televiziyanın rəhbəri Balaş Qasımov zənglərimə cavab vermir. "Xəzər" televiziyasının rəhbəri Murad Dadaşov və "Space" televiziyasının rəhbəri Vado Karovin (Hər ikisi keçmiş Şən Hazırcavablar Klubu (КVN) üzvləridir) kanalların rəhbər vəzifəsinə gələndə artıq efirlərində yumoristik verilişləri vardı. Onlar formatı dəyişmək istəmədilər. Yaxşı olar ki, onlar özləri bu suallara cavab versinlər. Bizim xislətimizdə yalvarmaq, gündə 10 dəfə zəng vurmaq və ya zəli kimi kimdənsə yapışmaq yoxdur, olmayıb da...
Nə məndə, nə qardaşım Cabir İmanovda, nə dəki nəslimizdə... Əgər dərinə getsək, cavab belə olacaq. Bir dəfə deyib, layihə etməyi təklif edirsən... Yəni kim istəsəydi dəvət edərdi. Təbii ki, mənim həm Murad, həm də Vado ilə normal ünsiyyətim var. Hətta bizim konsertlərimiz də o kanallarda artıq yayımlanmır. Problem isə ondadır ki, artıq bizim yaşımız da gedir. Bu işlə də özümü dolandırmıram. Atam hər zaman deyib ki, işin haqda heç kimə heç zaman heç nə danışma. Bəlkə nə zamanda vaxt gələr bu haqda danışaram".
T.İmanov keçmiş "Space " televiziyasının rəhbəri Vaqif Mustafayevin dəfələrlə ona təzyiq etdiyini vurğulayıb.
"İndi çox rahatam. Çünki hər verilişdən sonra ümumi təzyiqləri götürsək, onlar içində zənglər, dəvətlər var idi... Hər dəfə "Space" televiziyasının keçmiş rəhbəri Vaqif Mustafayev bizi öz otağına dəvət edib, yüksək tonla mənimlə danışırdı. Mən də belə şeyləri sevmirəm. Ona dəfələrlə deyirdim ki, mənimlə belə səs tonu ilə danışmayın, çünki mən sizin işçiniz deyiləm və sairə... O məndən soruşurdu ki, bu zarafat niyə oldu? Bu sözü niyə belə söylədiniz? Bu fikri səsləndirəndə nəyi nəzərdə tuturdunuz? Təsəvvür edin ki, mən Vaqif Mustafayevə zarafatın mahiyyətini izah edirdim.
O, elə adamdır ki, onun öz əsərləri dəfələrdə qadağan olunub. Yəni özü bu kimi hallarla rastlaşan insan bizi o qadağa prosesinin əvvəlində və mənbəyində durmuşdu. O öz əsərlərindəki yumoru kiməsə izah edə bilər, amma mən heç zaman izah etmirəm. Niyə mən 1990-ci illərdə izah etməmişəm, indi etməliyəm ki? Bəs mənə deməzlər ki, nə oldu Tahir kimdənsə qorxdu? Kimdən qorxdunuz? Niyə o zamanlar izah etmirdiniz amma indi edirsiniz?
Düşünmürəm ki, indi prinsipləri dəyişmək vaxtıdır. Burada sadəcə başqa məqsəd durur. İstəyirlər biz hazırıq, istəmirlərsə öpürəm, Allah can sağlığı versin və işlərində uğurlar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır





