Şou-biznes

Britni Spirs yeni boşandığı əri ilə barışıb?

25 Noyabr 2023 15:48
Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Britni Spirs səs-küylü boşandıqdan sonra keçmiş əri Sem Asqari ilə münasibətlərini düzəldə bilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Spirs və Asqari hazırda dostdurlar. Fitnes məşqçisi hələ də müğənninin ayda 10 min dollar ödədiyi Los-Ancelesdəki hündürmərtəbəli binada yaşayır.

İnsayderlər, ulduzun boşanmanı tamamlamaq üçün Semə böyük bir məbləğdə çek yazmağı planlaşdırdığını da qeyd etdilər.

Qeyd edək ki, Britni Spirs "İçimdəki qadın" adlı memuarında Asqarini "Allahın hədiyyəsi" adlandırıb. Kitab boşanma prosesi başlamazdan əvvəl yazılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.