Şeyxdən SƏRT İSMARIŞ: “Şəfiqənin namizədliyi irəli sürülsə, qurultayda qırğın salacağam”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"O qadın çantasını da götürüb, səssiz-səmirsiz istirahətə getməlidir".
Milli.Az bildirir ki, bu sözləri birləşdirilən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə namizəd məsələsində Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovanın adlarının hallanmasına münasibət bildirən Xalq artisti Şeyx Əbdül Mahmudbəyli Yenicag.az-a açıqlamasında deyib.
O, qurultayda Rasim Balayev və Şəfiqə Məmmədovanın namizədliyinin irəli sürülməsinə imkan verməyəcəyini bildirib:
"İki qoca artist gəlib paz olublar kinoya. Elə Şəfiqə də, Rasim də... Yaşlı adamlarsız... Birinin 80, o birinin 76 yaşı var. Vaxtında çəkilmisiniz, pulunuzu da almısınız, ad-san da öz yerində.
İmkan verin, kino çəkənlər yaşasın, onlara şərait yaradılsın. Oturublar orada, elə bil, şəxsi mülkiyyətləridir.
Rasimlə işim yoxdur, əsas hədəfim Şəfiqə Məmmədovadır. Bu ictimai təşkilatdır, sədr qurultayda seçilməlidir. Bu da düz 7 ildir qurultay keçirilmədən oturub orada, kef edir".
Şeyx öz namizədliyinin irəli sürülməsi barədə yayılan xəbərə də münasibət bildirib:
"İttifaqın sədri kinorejissor olmalıdır. Öz namizədliyimi verəcəyəm. 400 nümayəndə var, onların ən azı 60 faiz üstəgəl 1-i səs verməlidir ki, namizəd seçilsin.
Mən birmənalı şəkildə kinorejissor olmayan adamın sədr seçilməsinə imkan verməyəcəyəm. Mənim də namizədliyimi irəli sürmək istəyənlər var.
Bəli, mənim 80 yaşım var, kinonun sağ qalan iki-üç ağsaqqalından biriyəm. Buna görə də xahiş edirəm, kinomuzu dirçəltmək üçün məni seçmək istəyənlər dəstəkləyəcəyim namizədə səs versinlər. Yox, əgər kino ilə alver etmək istəyirlərsə, onda gedib işləri ilə məşğul olsunlar.
Əgər Şəfiqənin namizədliyi irəli sürülsə, qırğın salacam. O qadın çantasını da götürüb, səssiz-səmirsiz istirahətə getməlidir. 80 yaşı var, kinoya aidiyyatı olmadan kef edib özü üçün".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





