Rusiyanın axtarışa verdiyi məşhur müğənni Türkiyəyə sığındı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2016-cı ildə "Avroviziya" mahnı müsabiqəsində qalib gələn və ölkəsindəki hücumlara görə ailəsi ilə birlikdə Türkiyəyə gələn ukraynalı müğənni Camala Rusiyanın axtarışda olanlar siyahısına salınıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, əsl adı Susana Camaladinova olan müğənni haqqında ötən ay həbs qərarı çıxıb. Krım tatarı olan Camala Rusiya ordusu haqqında "yalan məlumat yaymaqda" ittiham olunur. Rusiyanın "Telegram" kanalı "Shot" bildirib ki, Camalanın axtarışa verilməsinə səbəb onun ötən il Rusiyanın Ukraynanın Buça şəhərində mülki əhaliyə qarşı törətdiyi qətliamlarla bağlı paylaşımları olub. Rusiya Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı Buçada mülki əhalinin əsgərləri tərəfindən qətlə yetirildiyinə dair iddiaların "yalan" olduğunu iddia edir.
Həyat yoldaşı və iki uşağı ilə İstanbula gələrək sığınacaq istəyən müğənni başına gələnləri belə izah edib:
"Türkiyəyə qaçqın kimi gələcəyimi heç düşünməmişdim. Həyat yoldaşım məni fevralın 24-ü səhər saat 05:00-da oyadıb, Kiyevə bomba atıldığını söylədi. Əvvəldən nə edəcəyimi bilmədim. Çox çətin idi. Qərarsız idik. Uşaqlarımızı toplayıb sığınacaqlara düşdük. Sonra siren səsi eşidildi. Xəbərdarlıq yenə iki dəfə gəldi və biz yenidən sığınacaqlara enməli olduq. Axşam saatlarına yaxın bütün Ukraynanın mühasirəyə alındığını və müxtəlif şəhərlərdə bomba səslərinin eşidildiyini anladıq. Kiyevi tərk etməli olduq. Qərbi Ukrayna bölgəsinə qaçmaq məcburiyyətində qaldıq".
Qeyd eədk ki, Camala 7 il əvvəl ingilis və tatar dillərində oxuduğu "1944" mahnısı ilə "Avroviziya" mahnı müsabiqəsinin qalibi olub. Mahnı 1940-cı illərdə Sovet İttifaqının o vaxtkı lideri İosif Stalinin göstərişi ilə təxminən 200 min Krım tatarının faşistlərlə əməkdaşlıq etdiyi iddiası ilə öz vətənlərindən deportasiya edilməsindən bəhs edirdi. Rusiya 2014-cü ildə Ukrayna ərazisi olan Krımı ilhaq etdi. Camala isə öz mahnısı ilə Kremlə reaksiya verərək beynəlxalq aləmdə müsəlman Krım tatarlarının açıq dəstəkçisi olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü





