“İçi mən qarışıq, hər kəs özünü yığışdırmalıdır!”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illər yerli şou-biznes nümayəndələrinin bir çoxu verilişlərə getməkdən imtina edirlər. Onlar verilişlərin keyfiyyətindən gileylənir, müğənnilərə hörmətsizlik edildiyini iddia edirlər.
Milli.Az bildirir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan müğənni Nadir Qafarzadə də hər verilişə getmədiyini, getdikləri ilə də öncədən şərt kəsdiyini açıqlayıb:
"Bu gün aləm bir-birinə dəyib, kim harada nə işlə məşğuldur bilinmir. Artıq mən özüm seçirəm gedəcəyim verilişləri. Hətta nəinki verilişi, orada məndən başqa gələcək qonaqları da soruşuram. Çünki mən gedib studiyada sürprizlə qarşılaşmaq istəmirəm, bəlkə gələn elə adam olacaq ki, mənim onunla sözüm düz gəlməyəcək? Bunu etməyə haqqım var, buna yaşım da, fəaliyyətim də, sənət stajım da çatır. Artıq mən gedəcəyim yeri özüm seçirəm, öncədən şərtlərimi bildirirəm, hər verilişə də getmirəm".
Sənətçi bəzi proqramlarda biabırçı hallar yaşandığını və bunun izləyici kütləsi cəlb etmək məqsədilə edildiyini bildirib:
"Ümumiyyətlə, düşünürəm ki, verilişlərimizə əl gəzdirilməli, bəzi aparıcılara "stop" deyilməlidir, artıq bunun zamanıdır. Çox biabırçı hallar yaşanır, bazara çevrilmiş efirlər görürük, bir çoxlarında demək olar ki, efir mədəniyyəti qalmayıb. Tamaşaçı da bundan küsür, inciyir və efirə baxmaqdan qaçır və sosial şəbəkələrə, "YouTube"a üz tutur. Efirlər artıq tamaşaçıları itirməyə başlayıb, bunun da günahkarı elə özləridir. Söhbət bəzilərindən gedir, təbii ki, bu, bütün verilişlərə aid deyil, keyfiyyətli verilişlərimiz var.
Bəziləri düşünür ki, veriliş vaxtı biabırçı hallar baş versə, baxan çox olacaq, bu, insanlar üçün maraqlı olacaq. Amma insanların da gözü açılıb, onlar bunu hiss edirlər, artıq tamaşaçını aldatmaq olmur. Ona görə düşünürəm ki, özünə, yaşına, sənətinə hörmət edən ifaçılar hər verilişə getməməlidirlər. Düzdür, bəzən olur ki, illərdir tanış olduğun, duz-çörək kəsdiyin adamlar verilişinə dəvət edir və getməli olursan. Amma bu zaman da şərt qoyuram ki, mən yalnız oxumağa gəlirəm, müğənniyəm və peşəm oxumaqdır, mən efirə kiminsə problemini həll etməyə getmirəm, nə də siyasətçi, iqtisadçı, psixoloq deyiləm ki, gedib kiməsə dərs keçim, kiminsə taleyini müzakirə edim, insanların əsəbləri ilə oynayım. Mən ifaçıyam və ancaq oxuya bilərəm. Ola bilər ki, hansısa mövzuda fikrimi bildirim, bu zaman da ancaq şəxsi fikrimi deyirəm, heç kəsə məsləhət vermirəm. Onsuz da indi heç kəs məsləhətə qulaq asmır, fikirləşir ki, məsləhət verənsənsə, özünə ver.
Fikrimcə, içi mən qarışıq, artıq hər kəs özünü yığışdırmalıdır. Yetər ki, telekanallarımız mədəniyyəti təbliğ etsinlər, bazarı yox".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
-
Rəqsanə görünüşünü dəyişdirdi - (Foto-Video)
XƏBƏR LENTİ
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik





