“67 maşınım olub, İbrahim Tatlısəsin təyyarəsi var, bizdə niyə olmasın?”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İlk dəfə 1978-ci ildə jiqulu markalı avtomobil idarə etmişəm. Öz pulumla almışdım. Çünki mən 1970-ci illərdən toylara gedirdim. Maşın sürməyi mənə atam öyrədib, mən də öz övadıma öyrətmişəm. Atam da əməkdar artist olub. Filarmoniyada musiqiçilərin içərisində ilk avtomobili atam sürüb. Əbülfət Əliyev də həmin maşını sürüb. Avtomobil sevgisi mənə atamdan keçib. İndiyə qədər 67 maşınım olub. Nəvəm siyahını tutub. Baha alıb, ucuz satmışam. 50 ildir ki, sənətdəyəm. İbrahim Tatlısəsin təyyarəsi ola bilir, bizim bahalı maşınımız yox?! İndiyə qədər o maşınları bizə bağışlamayıblar. Toya gedəndə 2-3 geyim aparırıq özümüzlə, əziyyətlə oxuyuruq. Onların hesabına hər şeyi etmişik".
Milli.Az bildirir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Cavanşir Məmmədov deyib.
O daha sonra piyadalardan şikayətlənib.
"Qulaqlarına qulaqlıq taxıb yol keçirlər. Keçid qaydalarını düzgün bilmirlər. Elə bilirlər ki, piyada üçün hər yerdə keçid var. Xeyr! Piyada üçün zolaqlanmış yerlərdə keçid var, bir də yerin altında. Piyadalara qarşı sərnişinlərin bir kini var. Yol verəndə də elə keçirlər ki. Heç yerə gecikmirlər. Nizami metrosundan 2 məhəllə yuxarıda yaşayıram. Hər iki gündən bir orada avtomobil qəzası olur, yaxud da piyada vurulur. Piyada gəlib keçir, sürücü də səhvən ona yol verir. Ona yol verilməməlidir . Arxadakı maşın gəlib o biri maşını vurur, zəncirvarı qəza baş verir. Piyada elə bilir ki, həmişə o düzdür" deyə sənətçi bildirib.
Cavanşir Məmmədov bildirib ki, bu sənətdə sakit olmaq lazım deyil.
"Bizim sahədə bir az gərək səs-küylü olasan. Sakit olsan heç nə. Biz ansamblla toya gedirik, pulu da tən yarı bölürük. Bizdən sonra yarım saat oxuyan müğənni 10 min manat alır. Bu gün uşaq-muşaq çıxıb deyir ki, mənim qabağımda heç kim oxuya bilməz. Sən niyə elə danışırsan ay bala?! 100-dən çox bəstəkar mahnısı oxumuşam, hələ böyük-böyük danışmıram! Sənəti ilə gündəmə gələ bilmir, qalmaqal axtarırlar" deyə müğənni bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





