Əməkdar artist: “ Elə bilir ki, dünyanı o yaradıb”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Kiməsə nəsə deyəndə ürəyim yandığı üçün deyirəm. Bürcüm oxatandır. Dilimə gəldisə deməliyəm, ürəyimdə saxlaya bilmərəm. Bəzən deyirəm, amma kobud çıxır. Əslində mən o deyiləm. Tənqidi qəbul etmirlər. Sən məndən məsləhət alırsan, mən də sənə məsləhət verirəm. Bunu sən məndən istəməsən, mən sənə niyə deyim ki?! Gecə oturanda özüm-özümə hesabat verirəm ki, bu gün kimin qəlbinə toxundum? Kimi incitdim?! O insanda olmalıdır. Əvvəl oturub güzgüdə özünə baxmalısan, sonra başqasına söz deməlisən. Bakı elə yerdir ki, hamı biri-birini tanıyır. Bilirlər ki, kim nə edir? Kim hara getdi, haradan gəldi bilirlər".
Milli.Az bildirir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib. O daha sonra əlavə edib.
"Adam sözün düzünü deyəndə pis olur. Başa düşməyən insan üçün sən özünü niyə yorursan? O onsuz da səni başa düşmür. Düz əyrini kəsincə, haqq yerini tutunca kim ölə, kim qala?! Gənclər çıxıb efirdə elə danışırlar ki, fikirləşirsən ki, yəqin o vaxt korifey sənətkarlarla birgə oxuyublar. Bizim nəsil sənətkarların bir-birinə hörməti var. Hamısı yerini biləndir. İndikilər elə bil ki, dünyanı bunlar yaradıblar. Allah rəhmət etsin Aftandil İsrafilova. Onunla dəfələrlə məclislərdə olmuşam. O hələ bir dəfə deməyib ki, mən bunları, onları etmişəm", - deyə sənətkar deyib.
Gövhər Rzayeva şəxsi məsələlərini üzə çıxaran şəxslərdən də danışıb.
"Ev sözsüz olmaz. Hər bir ailənin öz problemi var. Elə bir ailə yoxdur ki, problemi olmasın. Onu çox ağardıb üzə çıxarmaq da düzgün deyil. Elə problemlər, şəxsi məsələlər var ki, onu üzə çıxarmaq olmaz. İnsanın başına həyatda iş gələr. Yaranı qaşıyarsan qanayar. Uzandıqca söz-söhbət çoxalır", - deyə qarmon ifaçısı deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





