Şou-biznes

Türkiyəli məşhur aktyorun ombasını dodağına tikdilər - ŞOK SƏBƏB - FOTO

11 Noyabr 2023 10:49
Baxış: 1 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli məşhur kinoaktyor Levent Ürgen göz qapaqlarını kəsdirərək cavanlaşma əməliyyatı etdirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə 61 yaşlı aktyor özü sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, gözünün üstündəki artıq dərini götüzdürdükdən sonra gözlərinə aydınlıq gəlib, daha yaxşı görməyə başlayıb.

Levent Ürgen qatıldığı teleproqramlardan birində estetik əməliyyatlarla çox bağlı maraqlı bir xatirəsini də paylaşıb.

"İllər öncə evdə it bəsləyirdim. Balaca və şirin idi. Onu öpmək istədim, dodağımı dişlədi. Bu elə belə dişləmə deyildi, dişləyib qopardı və yedi. Ağzım, üzüm qan içində dərhal xəstəxanaya getdim. Dedilər dodağına bədənindən kəsib bir toxuma tikməsək, əyri qalacaq. Mən də razılaşdım. Ən yaxşı yer olaraq ombamdan  müəyyən hissə kəsəcəklərini dedilər. Beləcə popomu dodağıma tikdilər. İndi məni öpən xanımlar düşünsünlər", - deyə qəhqəhə çəkən aktyor dodağındakı çapığı gizlətmək üçün bığ saxladığını bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.