Şou-biznes

Röya "Şükür edirəm" klipini təqdim etdi - VİDEO

10 Noyabr 2023 22:11
Baxış: 746
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xalq artisti Röya Ayxan "14/41" albomuna daxil olan "Şükür edirəm" adlı mahnısını videorolik şəklində təqdim edib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi  sözü və musiqisi Murad Arifə məxsus ifasına çəkdirdiyi layihənu yutub kanalında yayımlayıb. 

Klip Orçun Mutlu direktorluğu ilə lentə alınıb.  Rejissor bildirib ki, layihədə bir ulduzun həyatını göstərmək istəyib:

"İnsanlar ümumiyyətlə Röya özünü kliplərdə və instaqramda necə göstərmək istəyirsə, elə görürlər. Makiyaj edilir, saç düzümü hazırlanır, filtrlardan istifadə olunur. Nəticədə bir ulduz olaraq üzə çıxır. "Şükür edirəm" klipində isə onun həyatına dair hər şeyə görə şükür etdiyini göstərdik. Xəstəliyi də var, yatmazdan əvvəl makiyajını silib, təbii halı ilə yemək yediyi anlar da var, ulduz kimi səhnəyə çıxmağı da. Həyatından filtırsız bir hissədir".

Bəstənin musiqi leyblı "Beat Music", layihənin prodüseri Kənan Bayramov, mahnının aranjımanı Fərid İmana məxsusdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.