"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike kolumbiyalı müğənni Şakira ilə ayrıldığına görə tənqid olunması haqqında danışıb.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu tənqidlərə əhəmiyyət vermədiyini deyib:
"Haqqımda deyilənlərə əhəmiyyət versəydim, özümü 6-cı mərtəbədən atardım. Sağ qalmağın yeganə yolu dedi-qodulara məhəl qoymamaqdır. İnsanlar əslində baş verənlərin 10 faizini belə bilmirlər".
Qeyd edək ki, Pike və Şakira 11 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar. Ayrılığa səbəb futbolçunun xəyanəti olub. Cütlüyün iki övladı var - Milan və Saşa.
Pike karyerasını 2022-ci ilin sonunda "Barselona" ilə başa vurub. 36 yaşlı ispaniyalı həm də "Mançester Yunayted" və "Real Saraqosa"da çıxış edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun