Şou-biznes

İfaçıya elə bir xəbər gəldi ki... - Səhnədə konsert zamanı huşunu itirdi - FOTOlar

8 Noyabr 2023 10:23
Baxış: 1 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23 yaşlı ifaçı, Xolidayboy (əsl adı İvan Minayev) adı ilə tanınan "TikTok" istifadəçisi Stavropolda "Abrikos-Arena" səhnəsində çıxışı zamanı huşunu itirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, ifaçının çıxış etdiyi zal olduqca isti olub və o, özünü pis hiss etməyə başlayıb, daha sonra huşunu itirib. Konsert təşkilatçıları və təhlükəsizlik işçiləri onu huşsuz vəziyyətdə səhnə arxasına aparıb və orada tibbi yardım göstəriblər.

İfaçı xəstəxananın nevrologiya şöbəsinə yerləşdirilib. Ona vegetativ sinir sisteminin pozulması diaqnozu qoyulub. Xolidayboyun vəziyyəti orta ağır və depressiv olaraq qiymətləndirilir. Məlumata görə, Stavropol hava limanına çatanda ona orada hərbi komissarlıq işçiləri tərəfindən çağırış vərəqəsi təqdim edilib. Musiqiçinin depressiyasına və huşunu itirməsinə də hərbi komissarlığa çağırışın səbəb ola biləcəyi ehtimal edilir.

İfaçının sözlərinə görə, o, narkotikdən istifadə etməyib.

Qeyd edək ki, oktyabr ayında Xolidayboyun Rusiyada konsertləri ləğv olunmağa başlayıb. Bu addım onun ukraynayönümlü bəyanatları, boyalı dırnaqları və bədənindəki tatuajları ilə əsaslandırılıb. Həmçinin sosial şəbəkələrdə onun ukraynalı olduğunu etiraf etdiyi görüntülərin tapıldığı bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.