Şou-biznes

Məşhur müğənninin sevgilisi onu sevindirmək üçün görün nə etdi - FOTO

7 Noyabr 2023 07:00
Baxış: 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya şöhrətli müğənni Teylor Sviftin sevgilisi, futbolçu Trevis Kelsi xanımına xoş təəssürat buraxmaq üçün böyük bir mülk bağışlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, futbolçu bu malikanəni 6 milyon dollara alıb.

O, Sviftin təmtəraqlı yaşayış tərzi qarşısında öz sadə evinə görə utanırmış. Buna görə malikanə alaraq Teylora bağışlayıb. Cütlük hazırda Kanzas Siti şəhərində qapalı ərazidə yerləşən həmin malikanədə yaşayır. Bu onlara paparazzilərin kameralarından yayınmağa da imkan yaradır.

Malikanə 1,4 min kvadrat metr ərazini əhatə edir. 6 yataq otağı, 6 vanna otağı, çoxlu sayda yardımçı otaqlardan ibarət evin həyətində şəlalə, hovuz və tennis kortu var.

Qeyd edək ki, Teylor Svift hazırda dünyanın ən bahalı pop ulduzlarından biridir. Onun hər qastrol səfərindən əldə olunan gəliri milyardlarla ölçülür.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.