Şou-biznes

Azərbaycanda müğənni yol qəzasına düşdü: BURNU SINDI - VİDEO

6 Noyabr 2023 10:52
Baxış: 5 118
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Türkanə ağır yol qəzası keçirib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə məlumatı xanəndə, Əməkdar artist Eldəniz Məmmədov öz sosial şəbəkə hesabında paylaşıb.

Müğənniyə baş çəkən Əməkdar artist onun bu ağır qəzadan sağ çıxmasını möcüzə adlandırıb.

"Mən dedim hər şey yəqin bitdi. Sağ qalmağın özü möcüzədir. İnşallah burdan çıxıb üzünə əl gəzdirərsən, özünü yığdırırsan, hər şey yaxşı olacaq" - deyə Eldəniz Məmmədov zarafat da edib.

Qəza zamanı bədənindən və üzündən travmalar alan müğənninin burnu sınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.