Şou-biznes

Aygün Bəylər xəstəxanaya yerləşdirildi - FOTO

25 Oktyabr 2023 14:32
Baxış: 6 723
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Aygün Bəylər xəstəxanaya yerləşdirilib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki,  bu haqda şair Nazilə Səfərli paylaşım edib. O, hazırda xəstəxanada olan xanəndə ilə fotosunu yayımlayaraq, "Tez sağalın, əvəzsiz sənətkar" qısa şərhini yazıb. 

A.Bəylərin prodüseri Axşam.az-a açıqlamasında muğam ifaçısının səhhətinin yaxşı olduğunu bildirib. O, əlavə edib ki, A.Bəylər bəzi dərmanların qəbulu üçün xəstəxanaya gedib. 

Qeyd edək ki, bir müddət əvvəl xanəndədə xərçəng aşkarlanmışdı. O, daha sonra müalicə olunduğunu və sağaldığını deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.