Şou-biznes

Türkiyəli müğənni müxalifətdən namizəd olacaq

11 Oktyabr 2023 23:56
Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli məşhur müğənni Hakan Peker ölkəsində gələn il keçiriləcək bələdiyyə seçkilərində namizəd olacaq. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu KİV-ləri məlumat yayıb. 

Mahir ifaçının Karabük vilayətinin Safranbolu bələdiyyəsinin sədrliyi uğrunda yarışacağı bildirilir. 

Qeyd edək ki, H.Peker Türkiyənin əsas müxalifət partiyalarından sayılan İYİ Partiyanın vahid namizədi kimi seçki mübarizəsinə qoşulacaq. 

Türkiyə mətbuatının yazdığına görə, 2024-cü il martın 31-də keçiriləcək bələdiyyə seçkilərində digər tanınmış simaların da namizəd olacağı gözlənilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.