Şou-biznes

Röya, Natavan və Elnarənin küsülü olmadıqları bu paylaşımla üzə çıxdı - VİDEO - FOTO

10 Oktyabr 2023 19:08
Baxış: 1 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən axşam Röya Ayxan ilk dəfə keçmiş "W-trio" qrupunun üzvü, həmkarı Natavan Həbibini və bir sıra digər həmkarlarını villasında qonaq edib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, Röya və Natavan qucaqlaşaraq qrupda olduğu zamanlarda həmkarları Elnarə Xəlilova ilə birgə oxuduqlar "Eşq" mahnısını dinləyib, sədaları altında rəqs ediblər. 

Həmin anları çəkən Röya Elnarənin adını işarələyərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Elnarə isə həmin görüntüləri "Instagram" səhifəsində yayımlayaraq "Sizi sevirəm qızlar" şərhini yazıb. 

Qeyd edək ki, zaman-zaman keçmiş qrup üzvləri Röya, Natavan və Elnarə arasında qalmaqal yaşanıb. Lakin sonradan onlar müsahibələrində barışaraq, münasibətlərinin yaxşı olduğunu bildiriblər.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.