Şou-biznes

ABŞ-a köçən Elariz xanımı ilə Bruklində GƏZİNTİDƏ - VİDEO

10 Oktyabr 2023 07:30
Baxış: 3 804
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun zamandır həyat yoldaşı ilə ABŞ-a köçən müğənni Elariz Məmmədoğlu paylaşımı ilə diqqət çəkib.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, cütlük okeanın o tayında, Bruklində dumanlı payız günündə göl ətrafında gəzərək, sadə amerikalıların həyat tərzlərini müşahidə ediblər.

Kadrlarda Elarizin qırmızı rəngli avtomobilinə yaxınlaşaraq, sükan arxasında əyləşməsi yer alıb. Həmin anları isə Məmmədoğlunun xanımı çəkərək, ərinin sosial şəbəkə hesabında izləyicilərlə paylaşıb.

Müğənninin xanımı paylaşıma "Bruklində bir payız günü" şərhini yazıb.

Kadrlarda Elarizin xanımının səsi gəlsə də, lakin özünü çəkmədiyindən onu görmək mümkün olmayıb.

Qeyd edək ki, Elariz Məmmədoğlunun xanımı illər əvvəl "Green card" oynayaraq, Amerika xəyalını gerçəkləşdirib. Beləcə, cütlük ABŞ-a köçüb. Müğənnilik karyerasını davam etdirən Elariz orada azərbaycanlıların və yəhudilərin toy və ad günlərində iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.